Çində peyvənd olunanlara xaricə səyahət üçün sağlamlıq arayışları verilir
Pekin, 9 mart, AZƏRTAC
Çin hökuməti COVID-19 virusuna qarşı peyvənd vurulan vətəndaşlarına xaricə səyahət etmək üçün sağlamlıq arayışlarının verilməsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin konsulluq departamentinin verdiyi arayışda vətəndaşın burun-boğaz yaxma testinin mənfi nəticəsi, hər 2 doza peyvəndin vurulma tarixi və qanda anticisimlərin olmasını müəyyən edən (IgM) analizinin müsbət nəticəsi barədə məlumatlar əks olunur. Çap və elektron formadakı arayışların həqiqiliyini üzərindəki QR-kod vasitəsilə yoxlamaq mümkündür.
Çin Xarici İşlər Nazirliyinin rəsmisi vaksinlərin və bu cür arayışların qarşılıqlı tanınmasının beynəlxalq səyahətlərin çoxalmasını təşviq edəcəyini bəyan edib. Rəsmi Pekin peyvənd vurulan şəxslərə təqdim olunan beynəlxalq səyahət üçün sağlamlıq arayışlarının qarşılıqlı tanınması istiqamətində digər ölkələrlə müzakirələrə hazır olduğunu bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]