Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib
Bakı, 5 dekabr, AZƏRTAC
Müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib.
Azərbaycan Dəmir Yollarından (ADY) AZƏRTAC-a bildirilib ki, Siandan yola salınan qatar artıq Bakı limanına çatıb. Çindən ölkəmizə ümumilikdə 110 TEU yük - elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb. Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə, Xian Free Trade Port Construction and Operation, KTZ Express və “ADY Konteyner” MMC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib.
“ADY Konteyner” MMC yeni blok qatarların təşkili istiqamətində Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]