CİNAYƏT TÖRƏTDİKLƏRİNƏ GÖRƏ 13 NƏFƏRHƏBS OLUNMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 şəxs tutularaq istintaq orqanlarına təhvil verilmiş, qanunsuz saxlanılan silah-sursatın yığılması ilə bağlı 2, narkotiklərlə əlaqədar 8 fakt aşkarlanmışdır. Gün ərzində baş vermiş səkkiz yol-nəqliyyat qəzası nəticəsində 6 nəfər ölmüş, 10 adam yaralanmış, dörd yanğın hadisəsi zamanı iki nəfər xəsarət almışdır.