Co Bayden: Mayın 1-dək vaksin bütün yaşlı amerikalılar üçün əlçatan olmalıdır
Bakı, 12 mart, AZƏRTAC
ABŞ-ın 18 yaşdan yuxarı bütün əhalisi bu il mayın 1-dək COVID-19 virusuna qarşı peyvəndlənmək imkanına malik olmalıdır.
AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, ölkədə hər gün 2 milyonadək vaksinləmə aparılacaq. “Mənim hakimiyyətə gəlişimin ilk 60 günündə ABŞ əhalisinə 100 milyon doza vaksin vurulacaq”, - deyən Bayden bildirib ki, “bu, dünyanın heç bir ölkəsində yoxdur”. O, növbəti dəfə bütün amerikalıları həyatı xilas etməyin ən sadə üsullarına - sosial gigiyenaya, maska taxmağa, məsafə saxlamağa riayət etməyə çağırıb.
ABŞ-da koronavirusdan ölüm göstəricisinin yüksək olduğunu qeyd edən Co Bayden xatırladıb ki, COVID-19 qurbanlarının sayı Birinci və İkinci Dünya müharibələrində, həmçinin Vyetnam müharibəsində həlak olan amerikalıların sayını üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]