Con Lennonun royalı hərraca çıxarılır
Bakı, 29 iyul, AZƏRTAC
Məşhur “Beatles” qrupunun solisti Con Lennona və Endi Uorhola məxsus olmuş “Baldwin” firmasının royalı Birləşmiş Ştatların Merilend ştatındakı Tauson şəhərində “Alex Cooper Auctioneers” hərracına çıxarılacaq.
AZƏRTAC “artnews” saytına istinadla xəbər verir ki, Con Lennon “Concert Grand Model D” markalı həmin royalı 1978-ci ildə Nyu-Yorkdakı “Baldwin Factory Store” mağazasından alıb. O, bir ildən sonra musiqi alətini dostu, incəsənət meneceri və öz kuratoru Sem Qrinə hədiyyə edib. Sonuncu Endi Uorholun ilk muzey-sərgisini təşkil edib. 1983-cü ildə isə Sem Qrin royalı müvəqqəti istifadə etmək üçün Endi Uorhola verib.
Royalın üzərində “Con və Yokodan Semə hədiyyə” qravürası olan lövhəcik var. Hərrac sentyabrın 30-da keçiriləcək. Lotun gözlənilən qiyməti isə 2-3 milyon dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]