COVID-19: Fransada son sutkada 19 952 yeni yoluxma qeydə alınıb
Paris, 1 mart, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasına 19 952 yeni yoluxma və 122 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilir ki, pandemiya başlayandan 61 572-si xəstəxanalarda olmaqla 86 455 ölüm faktı qeydə alınıb. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3 492 koronavirus xəstəsi intensiv müalicə olunur. Son 24 saatda reanimasiya şöbələrinə 164 ağır xəstə daxil olub. Reanimasiya şöbələrində ağır xəstələrin sayının artması narahatlıq doğurub.
Dekabrın sonunda başlayan peyvəndləmə kampaniyası çərçivəsində 2 967 937 milyon insan birinci doza, 1 582 433 insan isə ikinci doza peyvənd edilib. Ölkədə Pfizer/BioNtech peyvəndindən istifadə olunduğu bildirilir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]