“COVID-pasport”u Avropanın turizm ölkələrini xilas edəcəkmi?
Budapeşt, 11 mart, AZƏRTAC
“COVID-pasport” sahibi tərəfindən koronavirusa qarşı vaksinasiya prosedurunun keçməsini təsdiq edən sənəddir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Avropa məmurları pandemiyadan öncəki dövr üçün xas olmayan bu yeni sənəd növünün tətbiqi məsələsini müzakirə ediblər.
Yığıncaq iştirakçıları qərara gəliblər ki, bu məsələnin hələ turizm mövsümünün başlanmasından əvvəl həll edilməsi ideal variant olardı, eyni zamanda, onlar buna bütün Avropa İttifaqında vaksinasiyanın qənaətbəxş səviyyəsinin təkan verməsinin lazım olduğunu etiraf ediblər. Bununla yanaşı, bəzi siyasətçilər vaxtı olmayan və ya peyvənd oluna bilməyən insanların ayrı-seçkiliyə məruz qalmamasının son dərəcə vacib olduğu fikrini dilə gətiriblər.
“COVID-pasport” ÜDM-in böyük hissəsinin turizm sektoru sayəsində formalaşdığı ölkələr üçün xüsusilə vacibdir. Onun tətbiqinin turizm sektorunu xilas edib-etməyəcəyini cari mövsüm göstərəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]