Cüdoçularımız XVII Avropa Gənclər Olimpiya Festivalında komanda yarışlarında güclərini sınayacaqlar
Bakı, 29 iyul, AZƏRTAC
Bu gün Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalında cüdo üzrə komanda yarışları təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, komanda yarışlarında 22 ölkə medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan cüdoçularının ilk rəqibi Portuqaliya ilə Xorvatiya yığmalarının qarşılaşmasının qalibi olacaq.
Oğlanların yarışında Ayxan Mirzəzadə, Məhəmməd Musayev (hər ikisi 60 kq), Süleyman Şükürov, Hüseyn Eyvazlı (81 kq), Aslan Kotsoyev, Ramazan Əhmədov (+81 kq), qızların mübarizəsində isə Məryəm Bayramzadə, Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (63 kq) və Kamilla Toholiyeva (+63 kq) güclərini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]