Dağ çaylarında suyun səviyyəsi artmışdır
Bakı, 18 aprel (AZƏRTAC). Quba-Xaçmaz bölgəsinin çaylarında suyun səviyyəsi 7 santimetrdən 64 santimetrədək, Lənkəran-Astara çaylarında 4-8 santimetr artmışdır. Balakən-Şəki bölgəsindəki Qanıx çayında isə suyun səviyyəsi 23 santimetr qalxmışdır. Şəkidəki Şin və Kiş çaylarında, Əyiçayda sululuq kəskin artmış, qısamüddətli daşqınlar baş vermişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, buna aprelin 17-dən 18-i səhərədək yağan yağışlar və qarın əriməsi səbəb olmuşdur.
Kür çayının yuxarı və aşağı axınında ciddi bir dəyişiklik qeydə alınmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]