DAĞISTANDA QAZ KƏMƏRİNDƏ QƏZA TƏXRİBAT NƏTİCƏSİNDƏ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, mayın 24-də Dağıstan paytaxtının yaxınlığında Mozdok-Qazıməmməd qaz kəmərində qəza təxribat nəticəsində baş vermişdir. Bununla bağlı istintaq belə qənaətə gəlmişdir.
Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstan İdarəsinin mətbuat xidmətindən bildirmişlər ki, RF Cinayət Məcəlləsinin 281-ci maddəsi (təxribat) ilə cinayət işi qaldırılmışdır. İlkin məlumata görə, ekspertiza borunun kəsiyində partladıcı maddələrin izini aşkar etmişdir. Təxribatı törədənlərin tapılması üçün operativ istintaq tədbirləri görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]