DAHA BİR MÜƏSSİSƏ ÖZƏLLƏŞDİRİLƏCƏK
Iqtisadi İnkişaf Nazirliyi “Çinar” İstehsalat Birliyinin Bakı məişət maşınları zavodunun səhmlərini investisiya müsabiqəsinə çıxarmışdır. Müsabiqənin şərtlərinə görə, bütün iştirakçılar 2003-cü il yanvarın 10-dək yeni məhsul istehsalı sahələrinin yaradılmasına dair investisiya proqramını təqdim etməlidirlər. Ən yaxşı layihələr yanvarın 14-də açıqlanacaqdır.
İstehsalat birliyindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin qalibi təxminən 400 min dollar dövlət büdcəsinə, təklif etdiyi investisiya proqramının dəyərinin ən azı 5 faizini isə zavodun hesabına köçürəcəkdir. Bundan əlavə, zavodun gələcək sahibi ən azı min özəlləşdirmə çekinin dəyərini, 2003-cü ilin birinci yarısında isə əmək haqqı üzrə 18 min dollar məbləğində borcu ödəməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]