DAHA BİR XARİCİ NEFT ŞİRKƏTİNDƏ HƏMKARLAR İTTİFAQITƏŞKİLATI YARADILMIŞDIR
Azərbaycan Neft və Qaz Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “Salyan Oyl” neft şirkətində həmkarlar ittifaqı təşkilatı yaradılmışdır. Bu məqsədlə şirkətdə təsis konfransı keçirilmiş, həmkarlar ittifaqı təşkilatının orqanları seçilmişdir.
Konfransda sahə həmkarlar ittifaqı respublika komitəsinin ünvanına qəbul edilmiş müraciətdə bildirilir ki, şirkətin həmkarlar ittifaqı təşkilatı bundan sonra Neft və Qaz Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nizamnaməsi əsasında fəaliyyət göstərəcəkdir.