Azərbaycan Dövlət İnformasiya Agentliyi

Danışan rəsmlərin solmayan rəngi və ya ABŞ-dakı sərgi- MÜSAHİBƏ

Bakı, 15 oktyabr, Abdulla Suvar, AZƏRTAC

Azərbaycan rəssamlıq məktəbinin inkişafında qadın rəssamlarımızın da böyük rolu var. Görkəmli fırça ustaları Vəcihə Səmədova, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya və başqalarının müxtəlif janrlarda yaratdıqları ölməz sənət inciləri bu gün də muzeylərimizin ekspozisiyalarını bəzəməkdədir. Çağdaş rəssamlıq sənətinin inkişafında və tanıdılmasında Mehriban Əfəndinin də rolu danılmazdır. Bu gün onun əsərlərinin sorağı okeanın o tayından gəlir. Bu, hər sənət adamına qismət olan xoşbəxtlik deyil. Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan dili ilə parlaq ifadəsi onun yaradıcılığının başlıca xüsusiyyətlərindəndir. Onunla "Azərbaycanfilm" kinostudiyasındakı iş otağında görüşdük. Bu balaca otaqda böyük sənət dünyasına xas ab-hava hökm sürür. Otağın giriş qapısı ayrıca bir sənət əsəridir, hələ içərisindəki milli geyimləri, bənzərsiz naxışları, min bir rəngə çalan bir-birindən maraqlı rəsmləri demirəm. Bəlkə də, elə onu başqalarından fərqləndirən başlıca cəhətlərdən bir də özünəməxsusluğudur. Azərbaycan sürrealisti, kino və geyim rəssamı, Əməkdar rəssam, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rəssamı Mehriban Əfəndinin AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Mehriban xanım, hazırda ABŞ-da dünyanın 17 məşhur sürrealist rəssamı arasında "Yaz təranələri" əsəri ilə ölkəmizi təmsil edirsiniz. Həmin siyahıya düşməyinizi xatırlamaq maraqlı olardı...

- Gəlin lap əvvəldən başlayaq. 2010-cu ildə Portuqaliyada “Bissaya Barretto” Fondunun təşkilatçılığı ilə keçirilən "Sürrealizm bu gün" adlı vernisaja 30 ölkə (56 rəssam) cəlb olunsa da, mənim rəsmlərimi görəndən sonra Azərbaycan 31-ci ölkə olaraq müstəsna qaydada layihənin iştirakçısına çevrildi. Həmin sərgidə "Muğam" əsərini dünya sənətsevərlərinə təqdim etdim. Bu Fond görkəmli İspaniya rəssamı, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri Salvador Dalidən sonra yaşayıb- yaradan professional sürrealistləri üzə çıxartmaq üçün xüsusi layihə həyata keçirir. Bu layihənin rəhbəri Portuqaliyanın məşhur sürrealist rəssamı Santiago Ribeirodur. Məhz onun rəhbərliyi ilə 2010-cu ildə “Sürrealizm Now” qrupu yaradılıb. Qrup bu günədək dünyanın bir çox yerlərində sürrealizm cərəyanının ən öndə gedən rəssamlarının seçilmiş əsərlərini nümayiş etdirir və hər bir rəssam öz ölkəsinin incəsənətini təmsil edir. Yeri gəlmişkən deyim ki, 2010-cu ildə həm də Bolqarıstanda keçirilən "Radiance" müsabiqəsinin iştirakçısı olan 22 ölkədən 123 rəssam arasında qalib elan olundum. Avropa və Amerikada təşkil olunan bir sıra qrup sərgilərinin iştirakçısı olmaqla yanaşı, Avstraliya və ABŞ-da fərdi sərgilərim açılıb. Bunları ona görə qeyd edirəm ki, “Beynəlxalq Sürrealizm Amerikada” sərgisində iştirakım bu sahədəki çoxillik fəaliyyətimlə bağlıdır.

“Beynəlxalq Sürrealizm Amerikada” sərgisinin baş kuratoru Amerika sürrealist rəssamı Roch Fautch və portuqaliyalı rəssam Santiago Ribeirondur. Onların təşkilatçılığı ilə Vaşinqtonda “Shotgun Studio” qalereyasında açılan sərgiyə 17 fırça ustası dəvət olunub ki, onların sırasında mən də varam. Bu, məni çox sevindirdi. Sərginin 3 ay davam edəcəyi planlaşdırılır. Bu dövr ərzində konsert və şou proqramların keçiriləcəyi də nəzərdə tutulub. Sərgidə “Yaz təranələri” əsərim nümayiş olunur. İnanıram ki, ziyarətçilərin xoşuna gələcək. Rəsm əsərləri və heykəllər, maraqlı instalyasiya ilə yadda qalacaq sərginin daha da böyük vüsət alacağı gözlənilir. Davamlı olaraq 2025-ci ildə də ABŞ-da bu qəbildən olan sərgilərin açılması nəzərdə tutulur.

-Niyə məhz sürrealist?

- Yaradıcılığımın elə ilk dövrlərindən sürrealist cərəyanının təmsilçisi kimi tanınmağım özümə də maraqlı gəldi. Düzü, heç vaxt xüsusi olaraq sürrealist cərəyanını təmsil etmək niyyətində olmamışam. Mənim üçün bir rəssam kimi hər zaman öz stilini yaratmaq önəmli olub. Yalnız “Sürrealizm Now” qrupunun seçimi bu janrda tanınmağıma yol açdı. Santiago Ribeiro demişkən, mən sürrealizm janrında işləsəm də, özünəməxsus sürrealistik stilin yaradıcısıyam. Bir sürrealist kimi inanıram ki, mənəvi dünya zənginliyi və təhtəlşüur dünyasının təxəyyülümüzün real dünyasına böyük təsiri var.

Deyərdim ki, sürrealistlər arasında mənim əsərlərim əsasən sadəliyi, özünəməxsusluğu ilə seçilir. Bu əsərlərdə həyata sadə olduğu qədər dərin münasibət var. Bu, bəlkə də, məni başqa sürrealistlərdən fərqləndirir. Bilirsiniz ki, sürrealistlər əsasən anlaşılmaz, kimsənin anlaya bilməyəcəyi əsərlər çəkirlər. Onların nə çəkdiklərini az qala özləri də bilmir. Yəni, rəssamın nə ifadə etdiyi kimsəyə aydın deyil. Bəlkə də, bu səbəbdən əsərlərimi görəndə ilk olaraq bu sualı verirlər: bunun mənası nədir?

-Ən çox nədən ilham alırsınız?

- Yaradıcı adamların yaratdıqları öz daxili dünyaları ilə daha çox bağlıdır. Sənətkar gərək ruhən nəyisə yaratmağa hazır olsun. Yəni, onda ruhi hal olmalıdır.

Gördüyünüz kimi, yaradıcılığım çoxşaxəlidir. Rəssam kimi tanınsam da, film industriyasında da fəaliyyətimi davam etdirirəm. Reklam, klip çəkilişlərində iştirak edirəm və beynəlxalq sərgilərə hazırlaşıram. Çalışıram ki, bütün bunlara vaxt tapım, amma bəzən zaman kasadlığı yaşayıram. Çünki sənət daim axtarış tələb edir. Ona görə də vaxtını elə bölməlisən ki, hər şeyə zamanın çatsın.

Bilirsiniz, dünyada ən böyük təhlükə insanın öz fikirləridir. Məndən soruşanda ki, nədən ilham alırsan, sənin üçün ilhamverici qüvvə nədir, həmişə cavab vermişəm ki, ilhamı insanlara sevgidən, yaşamaq həvəsindən, pozitiv olan hər şeydən alıram. Bütün bunlar rəsmlərimə aşılanır və yenidən onlara tamaşa edənlərə qayıdır.

-Özünüzdə rəssamlıq qabiliyyətini necə aşkar etdiniz?

- Çox erkən yaşlarımdan səma ilə bağlılığım olub. Görünür, mən həmişə Tanrının, mələklərin bizim dünyaya təsirini, başqa dünyaların varlığını şüuraltı olaraq hiss etmişəm. Təbii ki, mən özümü onunla müqayisə etmirəm, amma da Vinçinin də yaradıcılığında belə məqamlar böyük yer tutur.

Doğrusu, ailəmiz istəmirdi mənim rəssam olmağımı. Amma mən o insanlardanam ki, qapı olmayan yerdə pəncərə açmağa çalışıram. O vaxt valideynlərimə dedim ki, mən başqa sahə üzrə təhsil alsam da, həmişə otağımda molbert olacaq.

Özümdə rəssamlıq qabiliyyətini 7 yaşında hiss edib anlasam da, rəsm çəkməyə 10-11 yaşlarımdan başlamışam. Elə o vaxtdan da fırça mənim ən yaxın dostumdu. Bütün sirlərimi, düşüncələrimi onunla bölüşürəm.

Düşünürəm ki, insan ən çox yaradıcı olmağa can atmalıdır və bəşəriyyətin, Yer kürəsinin sağlam qalması üçün dağıdıcı olmamalıdır, nə qədər imkan varsa, bu dünyaya gözəl töhfələr verməyə çalışmalıdır.

-Rəssam, yazıçı, rejissor, kino rəssamı, quruluşçu rəssam və geyim üzrə rəssam... Sizin üçün daha doğma olanı hansıdır?

-Rəssam, filmlərdə quruluşçu və geyim rəssamı, animasiya rəssamı, dizayner, stilist kimi yaradıcı fəaliyyətlərimin hər birinin başında rəssamlıq dayanır. Çünki şəkil çəkmək qabiliyyəti insana dəstək olaraq vizual görmə qabiliyyətinə və təsəvvür etdiklərini həyata keçirməkdə çox böyük yol göstərir. Ancaq bütün yaradıcı işlərim mənə çox maraqlı gəlir, istər bədii və ya sənədli film, televiziya layihəsi olsun, istərsə də rəsm çəkmək. Bunlar hamısı mənə çox zövq verir.

- Fəaliyyətinizin böyük hissəsinin kino rəssamlığı ilə bağlılığı necə yarandı?

- Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsilimi hələ başa vurmamış "Soyuzmultfilm"in ikiillik kurslarında oxumaq üçün seçilən on nəfərdən biri də mən oldum. Müəllimimiz Arsentyev deyirdi ki, sənin öz yolun, özünün "prorisovkan" var. Həmin on nəfər indi dünyanın bir çox ölkələrinin studiyalarında peşəkar multiplikasiyaçı kimi çalışır. Mənim üçün də belə bir imkan yaranmışdı. "Soyuzmultfilm”in kurslarında oxuduğum illərdə "Disney" studiyasından təklif almışdım...

Kino rəssamı kimi ilk işim Fərid Hümbətovun "Kənar adamlar" filmində oldu. Sonra Hafiz Fətullayevin baş rəssam olduğu Gülbəniz Əzimzadənin "Sənin oduna yanaram" filminə dəvət aldım. Həmin filmdə birgə işləməyimizin sayəsində Hafiz müəllim məni "Özbəkfilm"də çəkilən "Qırmızı qatar" filminin yaradıcı heyətinə təqdim etdi. Bu filmdə işləmək bir çox cəhətlərdən uğurlu alındı. Mənim birinci fərdi sərgimin baş tutması da Özbəkistandakı fəaliyyətimlə, "Qırmızı qatar" filmi ilə bağlıdır. Belə ki, 1997-ci ildə Daşkənddə ənənəvi olaraq keçirilən kinofestival çərçivəsində ilk sərgim açıldı.

-Tanınmış rejissorlarla işləmək gənc bir rəssam üçün çətin olmadı ki?

-Film industriyası komanda işi olsa da, insan zövqünə uyğun ekip, ssenari və ən əsas quruluşçu rejissor ilə tandem yaratması maraqlı işlərin həyata keçməsinə gətirib çıxarır. Klassik Azərbaycan film rejissorları Rasim Ocaqov, Hüseyn Mehdiyev kimi sənətkarlarla işləmək, Avropada məşhur alman rejissoru Fayt Helmer və Amerika yazıçısı-rejissoru Ella Leya ilə Azərbaycanın gözəlliklərini çəkmək çox xoş təəssüratlar yaradıb həyatımda.

Görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun məni gənc yaşlarımda öz komandasında görmək istəyi və dəvət etməsi artıq bir uğur idi. “Otel otağı” filmində birgə çalışdıq. Daha sonra bir necə filmlə bağlı fikirlərimiz vardı, amma qismət olmadı. Onunla birgə iş mənim üçün kino fəaliyyətimdə məktəb oldu. Daha sonra əsərlərimi internetdə görən almaniyalı rejissor Fayt Helmer məni quruluşçu rəssam kimi “Absurdistan” filminə dəvət etdi. Ssenarini oxuyanda filmdə geyim üzrə rəssam işi diqqətimi cəlb etdi. Absurd bir dünyadan bəhs edən filmdə aktyorların geyimi çox fərqli, maraqlı gəldi. Film Fransada, Makedoniyada təşkil olunan festivallarda geyim nominasiyası üzrə 3 dəfə əsas mükafat əldə edib. 2008-ci ildə Almaniya Kino Akademiyası məni “Ən gözəl geyim rəssamı” kimi mükafatlandırıb. Filmin rejissoru Fayt Helmer isə dünya üzrə 150-dən çox beynəlxalq mükafata layiq görülüb.

-Hansı janrda çəkilən filmlərdə işləmək daha maraqlıdır?

-Art-haus filmlərində çalışmaq mənə xüsusilə zövq verir, çünki burada istədiyin fantaziyanı reallaşdıra bilirsən. Tarixi filmləri o qədər də sevmirəm. Bu filmlərdə geyim, demək olar, eyni səpkidə olur. Hər hansı layihədə yenilik varsa, orada çalışmaq yaradıcı insanı ruhlandırır.

-Bu sahədə əldə etdiyiniz uğurları teatr sahəsində də tətbiq etməyi düşünmüsünüzmü?

- Kino teatrdan çox fərqlənir. Kino daha çox real həyata əsaslanır. Teatrın öz qanunauyğunluqları var. Moskvada azərbaycanlı məşhur bir rejissor komediya janrında olan tamaşasında birgə işləməyi təklif etdi. Eskizlərimi, təkliflərimi bəyənsə də, ona etiraf etdim ki, teatrın texniki tərəfini bilmirəm. Maraq yaranmışdı, amma kinoda etdiklərimin teatrda mümkünsüzlüyünü anladım. Uzun illər klip, reklam çarxlarında çalışmışam. Hansı iş olursa-olsun, orada yaradıcı yenilik varsa, o işdə, layihədə olmaq hər zaman mənim üçün maraqlıdır.

Teatr sahəsində heç bir layihədə iştirak etməmişəm. Ancaq çox maraqlı bir teatral layihəni tanınmış rejissor-aktyor Aqil M Quliyev və məşhur saç stilisti Dmitri İsaakovla illər öncə reallaşdırmışam. Çox böyük bir tamaşaçı marağı kəsb edən bu səhnəcik heç vaxt yadımdan çıxmır.

-Bir əsərin başa gəlməsi üçün nə qədər vaxt sərf edirsiniz?

- Baxır əsərə, elə olur ki, üç günə çəkib qurtarıram. Əslində, tez çəkib qurtarmaq istəmirəm, çünki prosesdən həzz alıram. Axşamlar mütləq işləməliyəm, bu, artıq bir vərdiş halını alıb. Amma təbii ki, rənglərin çalarlarını görməkdə rəssam üçün ən yaxşısı təbii işıqda işləməkdir. Hər bir rəngin simvolu var, hərəsi bir orqana təsir edir. Sənət adamı üçün əsas odur ki, heç kimin təsiri altına düşməsin.

- Hazırda yaradıcılıq sahəsində hansı yeniliklər var?

- Axırıncı böyük layihəm Cəfər Axundzadə ilə birgə “Qış nağılı” filmi olmuşdur. Azərbaycanda qış fəsli ilə bağlı çox maraqlı filmdir. Əminəm ki, Azərbaycan tamaşaçısı bu filmi çox bəyənir. Beynəlxalq layihə əsasında çəkilən bu filmdə Halil Sezai kimi məşhur türk aktyoru da yer alıb. Düşünürəm ki, bu cür layihələr nə qədər çox olarsa, ölkəmiz daha böyük coğrafiyada tanınar və sevilər.

Bu yaxınlarda Qarabağla bağlı “Son nəfəsədək” filmində rejissor Elnur Əliyevlə birgə işlədik. Film Qarabağ müharibəsindən bəhs edir. Çəkilişlər Füzuli rayonunda həyata keçirildi. Bu filmdə həm geyim üzrə, həm də quruluşçu rəssam kimi çalışdım.

Eyni zamanda, quruluşçu rejissor Elnur Əliyevin yeni layihəsində quruluşçu rəssam kimi “Müstəqil dövlət naminə” adlı sənədli-bədii filmində işləmək təklifi almışam. Hazırlıq prosesi gedir.

Həmçinin beynəlxalq rəssamlıq layihələrində də iştirak edirəm. Azərbaycanı layiqincə təmsil etmək ən çox dəyər verdiyim istək və məqsədlərdəndir.

Bütün bu işlərlə yanaşı, həm də “Belcanto” İncəsənət Mərkəzində sənətin sirlərini gənclərlə bölüşürəm, onlara ustad dərsləri keçirirəm.

Yeri gəlmişkən, onu da deyim ki, www.mehribanefendi.com adlı veb-saytım ilk dəfə ABŞ-da keçirilən fərdi sərgim zamanı amerikalı Tauni Obrain və Linda Nuss tərəfdən açılmışdı. Artıq özüm bu saytın fəaliyyəti ilə məşğulam və əsərlərimin satışını da buradan həyata keçirirəm.

-Sizə yeni yaradıcılıq uğurları arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellekt əsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib