Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinin yenilənməsinə ehtiyac var” – müsahibə

“Daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinin yenilənməsinə ehtiyac var” – müsahibə

Bakı, 24 avqust, AZƏRTAC

Hər zaman olduğu kimi, bu gün də mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində dövlətimiz tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Görülən işlərin nəticəsi olaraq hazırda təbii təsirlərə məruz qalmış və nəticədə qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində konservasiya və bərpa işləri aparılır. Artıq on ilə yaxındır ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə mədəni irsimizin qorunması, inkişafı və təbliğinə bilavasitə cavabdeh olan dövlət qurumu - Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidmətinin rəisi Səbinə xanım Hacıyeva rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri və görülən işlərlə bağlı geniş müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir:

-Səbinə xanım, ölkəmizdəki tarix-memarlıq abidələrinin vəziyyətinin öyrənilməsi və mühafizəsinin təşkilinə nəzarət necə həyata keçirilir?

-Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş, yəni reyestrə daxil edilmiş 6308 abidədən 4331-nə, eləcə də 1400-dən artıq yeni aşkar edilmiş abidə qismində qeydə alınmış tarix və mədəniyyət əhəmiyyətli obyektin mühafizəsinə nəzarət edir. Birbaşa nəzarətin həyata keçirilməsi işi Dövlət Xidmətinin 5 regional idarəsinin abidə mühafizəçiləri vasitəsilə təmin olunur.

Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-memarlıq abidələrinin mühafizəsinin gücləndirilməsi, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə bu ilin aprel ayından başlanan monitorinqlər davam etdirilir. Tarix-mədəniyyət abidələrində aparılan monitorinqlərlə abidələrin faktiki durumu, texniki vəziyyəti də öyrənilir. Monitorinqin nəticələri əsasında abidələrin qorunması işinin təkmilləşdirilməsi, onların bərpa və konservasiyası ilə bağlı başlıca istiqamətlər müəyyənləşdirilərək müvafiq tədbirlər həyata keçirilir. Təbii ki, abidələrin bərpası kifayət qədər zaman və peşəkar yanaşma tələb edən prosesdir. Eyni zamanda abidələr prioritetlərə uyğun olaraq, mərhələlərlə investisiya siyahısına daxil edilir və bərpa-konservasiya işləri həyata keçirilməsi planlaşdırılır. Biz həmçinin bərpa prosesləri üçün dövlət-özəl tərəfdaşlığının qurulması sahəsində də işlər aparırıq.

-Hazırda hansı abidələrdə bərpa işləri aparılır?

-Hazırda Dövlət Xidməti tərəfindən dünya əhəmiyyətli Çıraqqala abidəsində bərpa-konservasiya işləri davam etdirilir, eyni zamanda bu günə kimi aparılmış işlər təhlil olunub, ərazidə müasir infrastrukturun yaradılması istiqamətində də layihənin hazırlanması planlaşdırılır.

Daha bir misal, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşmüşdü. Hazırda biz daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görərək, qalanın mühafizəsi, təbii şəraitdən aşınmanın qarşısı alınması istiqamətində zəruri tədbirlər həyata keçirmişik.

Qax rayonunda yerləşən bir neçə abidəyə, o cümlədən Şamaxıda yerləşən bir sıra abidələrə baxış keçirilib və onların bərpası ilə bağlı tədbirlər görülür. Həmçinin “Qobustan”, “İlisu”, “Pir Hüseyn”, “Keşikçidağ”, “Avey” və “Zaqatala” qoruqlarına səfərlər təşkil olunub, qoruqların hazırkı vəziyyəti təhlil olunub, təhlillərin nəticəsinə uyğun tədbirlərin görülməsi planlaşdırılır.

-Son zamanlar paytaxtda və bölgələrdə abidələrə müdaxilə hallarına təsadüf edilir. Bu problemin kompleks həlli ilə bağlı hansı təsirli tədbirlər görülə bilər?

-Bəli, təəssüf ki, abidələrimizə müdaxilə halları ilə tez-tez qarşılaşırıq. Son 6 ay ərzində abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır. Həm paytaxtda, həm də bölgələrdə yerləşən abidələrə edilən müdaxilələrin qarşısı dərhal alınıb və lazımi tədbirlər görülür.

Müdaxilə faktı qeydə alınan abidələrin mülkiyyətçilərinə, istifadəçilərinə qanunvericiliyin tələbləri izah olunur. Eyni zamanda qəzalı vəziyyətə düşən yaşayış evləri olan abidə-binaların və digərlərinin siyahısı hazırlanıb, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.

Düşünürük ki, tarixi abidələrə münasibəti dəyişmək üçün geniş maarifləndirmə işlərinə ehtiyac var. Abidələrin qorunmasına vətəndaşlar xüsusi həssaslıqla yanaşmalıdır. Elə bu fürsətdən faydalanaraq qeyd etmək istəyirəm ki, istifadəsində və ya mülkiyyətində tarixi tikililər (abidələr) olan vətəndaşlarımızı tarixi tikililərimizin (abidələrimizin), eləcə də şəhərin, rayonun bədii estetik görünüşünün qorunmasına həssas yanaşmağa çağırır, bərpa işləri aparmaq istəyən şəxslərdən qanunvericiliyin tələblərinə riayət olunmasını xahiş edirik.

-Abidələrin reyestri uzun illər öncə təsdiq edilib. Ötən dövr ərzində yeni abidələr üzə çıxarılıb. Onların reyestrə salınması ilə bağlı nə kimi addımlar atılır?

-Həyata keçiriləcək əsas işlərdən biri də daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinin yenilənməsidir. Son siyahı 2001-ci ildə təsdiq edilib. Həmin siyahının yenilənməsinə ciddi ehtiyac vardır. Çünki mövcud reyestrin hazırlanmasından uzun zaman keçib və o siyahıya daxil edilməyən xeyli sayda abidə var. Eyni zamanda aparılmış təhlillər nəticəsində məlum olub ki, siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq və çatışmazlıqlar mövcuddur. Yeni reyestrin hazırlanması həm hazırkı siyahıya daxil edilməyən abidələrin əlavə olunması, həm də faktiki siyahıda yer alan bəzi tarixi abidələrin məlumatlarının dəqiqləşdirilməsi, təkmilləşdirilməsi və yenilənməsini təmin edəcək. Onu da qeyd edək ki, Naxçıvanda yerləşən abidələrə də baxış keçirilir. Onların mövcud vəziyyəti təhlil olunur və gələcək inkişaf istiqamətləri ilə bağlı strategiyanın hazırlanması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək