Daşkənddə ətraf mühitin mühafizəsi ilə bağlı keçirilən tədbirdə Azərbaycan nümayəndəsi də iştirak edib
Daşkənd, 11 oktyabr, AZƏRTAC
Özbəkistan Ətraf Mühitin Mühafizəsi Komitəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Beynəlxalq Təşkilatı Mərkəzi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya dövlətləri üçün ətraf mühitin mühafizəsi üzrə fəaliyyət Proqramının həyata keçirilməsi ilə bağlı xüsusi işçi qrupun iclasını keçirib.
Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin əməkdaşı Elçin Məmmədov da iştirak edib.
İclasda cari ildə görülən işlərin nəticələri təhlil edilib, bu ilin son ayları və 2016-cı ildəki tədbirlər planı, Azərbaycanda və Gürcüstanda Kür çayı transsərhəd hövzəsində əməkdaşlığın qiymətləndirilməsi üzrə layihənin nəticələri müzakirə olunub.
Tədbirdə regional ekoloji mərkəzlərin əməkdaşları yığıncaq iştirakçılarına Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqla bağlı məlumatları da çatdırıblar.
İşçi qrupunun iclasında 2016-cı ilin iyun ayında Gürcüstanın Batumi şəhərində keçiriləcək “Avropa üçün ətraf mühit” adlı səkkizinci konfransa hazırlıq məsələləri də müzakirə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]