DAŞKƏNDDƏKİ AZƏRBAYCAN DİASPORUNUN ÜZVLƏRİ RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRMİŞLƏR
Daşkənd, 27 may (AZƏRTAC). Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Beynəlmiləl Mədəniyyət Mərkəzində 28 May - Respublika Günü münasibətilə mərasim keçirmişdir.
Tədbirdə Daşkənddəki Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev bayram münasibətilə mərasim iştirakçılarını təbrik etmiş, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin inkişafından söz açmışdır.
Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri Akif Ağatalıbov bildirmişdir ki, müsəlman Şərqində qurulmuş ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, qısa müddətdə böyük işlər görmüşdür. Dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri sayəsində Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, dövlət quruculuğu sahəsində uğurlu nəticələr əldə olunmuşdur.
Diasporumuzun üzvlərindən Həmid Hüseynov, Almaz Məcidova, Nazlı Pirməmmədova və başqaları Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlərdən danışmışlar.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]