DAŞQINLARIN İMİŞLİ RAYONUNA YARADA BİLƏCƏYİ TƏHLÜKƏNİN QARŞISI ALINIR
İmişli, 14 may (AZƏRTAC). İmişlinin Allahmədədli kəndi istiqamətində bəndbərkitmə tədbirləri görülür. Bu kənd üçün təhlükə yaradan Kür çayının birbaşa əlaqəsi olan Sarısu gölüdür. Kürün sel suları göldə suyun səviyyəsini xeyli qaldırmışdır. Ona görə də göldə suyun yaxınlıqdakı Allahmədədli kəndini basmaq təhlükəsi vardır. Təhlükəni aradan qaldırmaq üçün Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin qüvvələri, yerli əhali bəndbərkitmə işlərinə cəlb olunmuşdur. Qısa müddətdə 10 kilometrə yaxın məsafədə bəndbərkitmə işləri görülmüşdür.
Bu kənddə hazırda 120 ev olmaqla, min nəfərdən yuxarı əhali yaşayır. Sarısu gölündə suyun səviyyəsi qalxarsa, daşqının İmişli rayonunun Telixli, Məmmədli kəndlərinə yönəlmək təhlükəsi vardır. Odur ki, bütün qüvvələr bəndin bərkidilməsinə cəlb olunmuşdur və iş uğurla davam etdirilir. Hələlik vəziyyət nəzarət altındadır, sabitdir və heç bir ciddi təhlükə yoxdur. Əhalinin köçürülməsi həyata keçirilməmişdir və buna heç bir ehtiyac yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]