Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dayanıqlı gələcək. Heç kəsi geridə qoymayaq” – AzMİU rektoru Ümumdünya Memarlar Konqresindən danışıb

Bakı, 25 iyul, AZƏRTAC

Danimarkanın paytaxtı Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının təşkilatçılığı ilə Ümumdünya Memarlar Konqresi keçirilib. Konqresdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliya Əliyeva, Memarlıq fakültəsinin tələbələri Leyli Əfəndiyeva, Jalə Abuşova, Ayməsey Qafarzadə, Ramid Səlimov və başqaları da iştirak ediblər. “Dayanıqlı gələcək. Heç kəsi geridə qoymayaq” şüarı ilə keçirilən konqresə 135 ölkədən ümumilikdə 6000-dən çox iştirakçı qatılıb və memarlığa, qlobal dizayn sənayesinə aid olduqca aktual məsələlər müzakirə edilib.

Ölkəmizdə memar və dizaynerlərin yetişdirildiyi əsas ali təhsil müəssisəsinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova hesab edir ki, konqresdə iştirak Azərbaycan memarlığının müasir, qabaqcıl dünya memarlığı və dizayn layihələrinə inteqrasiyalı, eyni zamanda, qlobal çağrışlara cavab verəcək şəkildə inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir.

- Gülçöhrə xanım, memar və rektor kimi Ümumdünya Memarlar Konqresinə çox böyük əhəmiyyət verdiyiniz söylənilir. Bu konqresin ölkəmiz və ya AzMİU üçün əhəmiyyəti nədən ibarətdir?

- Belə böyük nümayəndə heyəti ilə beynəlxalq konqresdə iştirakımız, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki yüksək inkişafın və yaradılan sağlam ab-havanın nəticəsində mümkün olub. Yaxın qonşu ölkələrdən konqresə qatılan nümayəndə heyətinin sayca bizdən dəfələrlə az olduğunun şahidi olduq. Əlbəttə ki, bizim daha geniş heyətlə təmsil olunmamıza beynəlxalq layihələrdə aktiv iştirakımızla yanaşı, universitetimizin maddi imkanlarının yüksəlməsi də imkan verdi.

Hesab edirik ki, bu konqresdə iştirak etmək çox faydalı oldu. Ona görə ki, bütün dünyanın ən önəmli, tanınan memarları orada bir araya gəlmişdi. Orada dünya memarlarının hansı problemlər barədə düşündüyünü, ölkələrdə hansı yeniliklərin olduğunu, bütövlükdə Beynəlxalq Memarlar İttifaqının gələcəyə və bugünkü memarlığa baxışını öyrənmək olur. Bu, həm ölkəmizdə memarlığın inkişafı, həm də yeni nəsil memarların yetişdirilməsi üçün çox vacib amildir.

- Yeni memarların yetişdirilməsi işində konqresin əhəmiyyətinə daha detallı toxunmaq istərdim, nümayəndə heyətinin tərkibində sizin tələbələriniz də olub...

- Tələbələrimizin bu konqresdə iştirakı ilk deyil. Yeri gəlmişkən qeyd edim ki, Ümumdünya Memarlar Konqresi 3 ildən bir keçirilir. İlk dəfə İtalyanın Turin şəhərində keçirilmiş konqresdə bizim 3 tələbəmiz iştirak etmişdi. Biz indi baxanda görürük ki, o nümayəndə heyətinin tərkibində olan tələbələr hər biri nüfuzlu memar kimi fəaliyyət göstərirlər. Düşünürəm ki, müasir memarların forumunda iştirak onların memarlığa həvəsini daha da artırmış və mütəxəssis kimi formalaşmalarında rol oynayıb.

Bu dəfə isə biz 4 tələbəmizin konqresdə iştirakını təmin etdik. Hesab edirəm ki, bu onlar üçün çox böyük təcrübə oldu.

- Buna heç bir şübhə yoxdur. Kopenhagen kimi gözəl memarlığa sahib olan şəhərdə, dünyanın ən məşhur memarları ilə görüşmək imkanı və rektorla birgə səfər... Gülçöhrə xanım, konqresdə iştirak edən tələbələr necə seçildi? Yoxsa onlar özləri sizə müraciət etdi?

- Əlbəttə, bu da çox vacib amildir. Çünki biz istəyirdik ki, təhsildə uğurlu olan tələbələr bu konqresə cəlb olunsunlar.

Seçim 3 mərhələdən ibarət olub. Əvvəlcə konqreslə bağlı elan verdik və tələbələr özləri internet üzərindən iştirak etmək arzularını bildirdilər. Sonra Memarlıq fakültəsinin dekanlığı müraciət edən tələbələrin təhsil nəticələri barədə məlumat verdi. Həmin tələbələrdən təhsil nəticələri ən yaxşı olanlar seçildi və universitetin Xarici əlaqələr şöbəsi tərəfindən müsahibəyə dəvət edildilər. Müsahibədə onların ingilis dili biliyi, beynəlxalq tədbirlərdə təcrübə və iştirakının olub-olmaması barədə məlumatlar öyrənildi. Yekunda ən yaxşıları seçildi və onlar bizimlə konqresə getdilər. Düşünürəm ki, seçim tam obyektiv aparılıb, səfər boyunca seçilən tələbələrin hər biri bunu davranışı və biliyi ilə sübut etdi. Tələbələrimizin memarlığı öyrənmək istəyi universitet rəhbərliyi, müəllimlərimiz üçün çox böyük stimuldur.

Kopenhagenin özünəməxsusluğuna gəlincə isə...

- Bir memar kimi sizin Kopenhagen barədə təəssüratlarınızı bilmək istərdik.

- Kopenhagen maraqlı şəhərdir, onun konqres mərkəzi olaraq seçilməsi heç də təsadüfi deyil. Şəhərin tarixi çox qədim olmasa da, tarixi abidələr yüksək səviyyədə mühafizə olunur. Şəhərdə tarix və müasirliyin vəhdəti memarlıqda özünü çox gözəl nümayiş etdirir. Daha önəmlisi isə Kopenhagenin müasir memarlığıdır. Müasir memarlıq müasir texnologiyalar və inşaat materiallarıdır, müxtəlif materialların estetik və funksionallıq baxımından harmonik şəkildə istifadəsidir, müasir formalardır, enerji qənaətidir, insan sağlamlığının təmin edilməsidir, ekoloji məsələlərin həllinə dəstəkdir. Baxın, müasir memarlıqda bunlar önə çəkilir.

- Bəzən elə təsəvvür yaranır ki, memarlar daha hündür mərtəbəli bina inşa etmək üçün yarışır. Bu cür mübarizə fonunda insan sağlamlığı sizcə nə qədər əhəmiyyət kəsb edə bilər?

- Dünya İqtisadi Forumunun qurucusu və sədri Klaus Şvabın “IV Sənaye İnqilabı” adlı maraqlı elmi-populyar əsəri var. Bu əsərdə müasir inkişaf trayektoriyası və xüsusilə meyillərə istinad edilərək bəşəriyyətin üzləşə biləcəyi təhdidlər göstərilir. Yəni müasir texnoloji inkişaf, süni intellekt, robotlaşma, gen analizi və s. kimi istiqamətlərin birlikdə bilinən sivilizasiyalara rəqib formada təzahüründən ehtiyat edilir. Müəllif əvvəlki sənaye inqilablarını analiz edərək yeganə çıxış yolunu insan inkişafını dəyişikliyin mərkəzində saxlamaqda görür. Bu, memarlıqda da belədir. Memarlıq və şəhərsalma insan üçündür. Hər şeyin mərkəzində insan dayanır. Kopenhagen şəhərində biz bunu gördük. Bu şəhər Avropanın paytaxt şəhəri olmasına baxmayaraq avtomobillərin sayı Bakıdan xeyli azdır. İnsanlar ictimai nəqliyyatdan daha çox istifadə edirlər, velosiped sürürlər. Yaşıllıq və ictimai zonalar kifayət qədərdir. İnsanların o zonalardan istifadəsi üçün çox rahat mühit yaradılıb. Velosiped həyatın vacib tərkib hissəsinə çevrilib, ondan istifadə edənlər üçün rahat zolaqlar, hərəkət sahələri müəyyən edilib. Piyadalar üçün yaxşı şərait yaradılıb. Səkilər səliqəli və enlidir, piyada yolları yaşıl zolaqlarla avtomobil yollarından ayrılır. Ekologiyaya çox böyük diqqət yetirilir. Həm materialların seçilməsində, həm daxili məkanların planlaşdırılmasında, izolyasiyasında bu məsələləri nəzərə alsaq, Kopenhagendəki memarlıq ən müasir, qabaqcıl memarlıq məktəblərindən biridir.

- Həqiqətən, Kopenhagen memarlar üçün daha valehedici şəhərdir. Konqresin şüarı da maraqlıdır - “Dayanıqlı gələcək. Heç kəsi geridə qoymayaq”. Gülçöhrə xanım, dünya memarları bu şüarla nə demək istəyirlər?

- Məncə, bu şüar Dünya Memarlar İttifaqının, dünya memarlarının nə demək istədiyini kifayət qədər aydın ifadə edir. Konqresin məqsədi memarlığın dayanıqlı inkişafa töhfə verməsinə nail olmaq və dünyanın heç bir ölkəsinin, heç bir toplumunun bu inkişafdan kənarda qalmamasını təmin etməkdir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 17 dayanıqlı inkişafa yönəlmiş məqsədinin içərisində yalnız 1 məqsədi memarlıqla bağlıdır. 11-ci məqsəd şəhərsalma, şəhərlərin dayanıqlı inkişafı ilə əlaqədardır. Beynəlxalq Memarlar İttifaqı tərəfindən isə hesab edilir ki, memarlığın BMT-nin 17 dayanıqlı inkişaf məqsədlərinin hamısına təsiri var. Konqresdə bu təsirin necə olması, memarların həmin o məqsədlərə çatmaq üçün nə etməli olduğu müzakirəyə çıxarılmışdı. Həmin bu və bu kimi məsələlərə uyğun 6 mövzu (iqlim dəyişiklikləri və onların memarlığa təsiri, resurslara yeni yanaşma, icmaların inkişafı məsələsinə memarlığın dəstəyi, memarlıq və cəmiyyətin, bəşəriyyətin sağlamlığı, inklüzivlik - fiziki cəhətdən məhdud imkanlı insanları memarlıq vasitəsi ilə cəmiyyətə inteqrasiya etmək, dayanıqlı inkişafın təmin edilməsində əməkdaşlıq məsələsi) ümumiləşdirilərək müzakirəyə çıxarılmışdı.

Paneldə bu məsələlər ətrafında çoxsaylı müzakirələr aparıldı. Maraqlı fikirlər söylənildi, yeni ideyalar ortaya qoyuldu, tələbələrimiz də bu müzakirələrdə canlı dinləyici oldular.

- Necə düşünürsünüz, gözlənilən nəticə əldə olundumu?

- Bəli. Düşünürəm ki, gözlədiyimiz nəticə əldə olundu. Biz hamımız, həm müəllimlər, həm də tələbələr müasir memarlığın inkişaf istiqamətləri və trendlər barədə geniş məlumat aldıq, müxtəlif yeni ideyalarla tanış olduq. Beynəlxalq əlaqələrin tətbiqi ilə inkişafımız üçün düzgün istifadə edilməsi bizim hər zaman ciddi şəkildə diqqətdə saxladığımız məsələlərdən olub. Bu konqresdə iştirakımızın məqsədlərindən biri də bu idi.

Biz universitet olaraq bu işi imkanlarımız daxilində davam etdirəcəyik, tələbələrimizin bu və bu kimi beynəlxalq forumlarda iştirakını təmin etməyə çalışacağıq. Universitetin Elmi Şurasının sonuncu iclasında da bu məsələni müzakirə etdik və bütün ixtisaslar üzrə idarəedici şəxslərə tapşırıldı ki, nüfuzlu beynəlxalq tədbirlərdə müəllim və tələbələrimizin iştirakını təmin etməyə çalışsınlar. Düşünürəm ki, bu, universitetimizlə yanaşı, ölkəmiz üçün də vacibdir. Gənc mütəxəssislərin öyrəndiklərini, gördükləri müsbət təcrübəni tətbiq etməsi Azərbaycan memarlığına yeni nəfəs gətirəcək.

Daha yaxşı dünya, daha yaxşı gələcək üçün əlimizdən gələni etmək hər birimizin borcudur. Bizim də əsas borcumuz ölkəmizin inkişafı, xüsusilə işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, bərpası üçün savadlı və layiqli kadr yetişdirməkdir. O ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli tikinti-quruculuq işləri həyata keçirilir, qayıdış proqramı icra edilir. Biz universitet olaraq bu prosesi dəstəkləmək üçün yeni, daha effektiv metodlardan istifadə etməyə çalışmalıyıq, yeni yanaşmalar, yeni metodlar tətbiq etməliyik. Tələbələrimizin belə mötəbər konqresdə iştirakı, qlobal memarlıq, şəhərsalma, dizayn çağırışları ilə tanış edilməsi məhz bu işin bir parçasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək