Dehlidə dəmir yolu idarəsinə məxsus binada baş verən yanğında doqquz nəfər ölüb
Pekin, 9 mart, AZƏRTAC
Hindistanın Qərbi Benqal ştatında dəmir yolu idarəsinə məxsus ofis binasında baş verən yanğında polis və yanğınsöndürənlər də daxil olmaqla doqquz nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, yanğın ştatın paytaxtı olan Kəlkətə şəhərində baş verib. Hadisə yerinə 25 yanğınsöndürən briqada və polis əməkdaşları cəlb olunub. Yanğının nəzarət altına alınması təxminən 11 saat çəkib və martın 9-da səhər erkən saatlarda yanğın söndürülüb.
Rəsmi məlumata əsasən, binanın 2 liftində ümumilikdə, 9 nəfərin meyiti aşkarlanıb. Onların lift vasitəsilə yanğından xilas olmağa çalışdıqları güman olunur. İlkin təhqiqata əsasən, həmin şəxslər liftin içində tüstüdən boğularaq və ya yanaraq ölüblər.
Qərbi Benqal ştatının əsas naziri Mamata Banerci hadisə yerində olub. Baş nazir Narendra Modi isə ölənlərin ailələrinə və yaralılara maddi yardım ediləcəyini açıqlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]