Dekabrın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində duman olacaqdır.
Temperatur gecə 7-11°, gündüz 14-16° isti olacaqdır.
Bakıda gecə 9-11°, gündüz 15-17° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 766 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 90-95 faiz, gündüz 75-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir . Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə gecə 1 ° şaxtadan 4°-dək isti, gündüz 10°-15° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 3°-8°, gündüz 11 -16° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti,
dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 5-10°, gündüz 13-17°, dağlarda gecə 4-8 °
isti, gündüz 11-16° isti olacağı gözlənilir.