Dələduzluqla külli miqdarda vəsait ələ keçirən şəxs saxlanılıb
Lənkəran, 10 iyun, AZƏRTAC
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən 73 yaşlı qadın övladını guya həbsdən azad etdirmək vədi ilə aldadılaraq 22200 manat pulunun dələduzluqla ələ keçirildiyini bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı Ramin Qəniyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, R.Qəniyev digər vətəndaşlara da gəlirli biznes qurmaq vədi verərək bir nəfərdən 40000 manat, digərindən isə 6000 ABŞ dolları vəsait ələ keçirib.
Faktlarla bağlı cinayət işi başlanılıb və R.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]