Dəm qazından zəhərlənən şəxsə hansı ilk yardım edilməlidir?
Bakı, 12 yanvar, AZƏRTAC
Dəm qazından zəhərlənmə zamanı təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində yerləşdirilən “Dəm qazı insan həyatı üçün təhlükəlidir!” adlı məlumatında deyilir. Məlumatda bildirilir ki, dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.
Qeyd edilib ki, dəm qazından zəhərlənmə əlamətlərinə əsasən başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s. aid edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]