Dendrologiya İnstitutu əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub
Bakı, 12 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının müdiri professor Ramazan Məmmədovun “Crocus cancellatus subsp lycuis.-nin metanol ekstraktlarının ümumi fenolik və flavonoid tərkibi, antioksidant, toksiklik və antihelmintik fəaliyyətləri üzrə tədqiqat” adlı məqaləsi beynəlxalq jurnalda (“Celal Bayar University Journal of Science”) işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədqiqat zaman; C.cancellatus subsp lycuis. yeraltı və yerüstü ekstraktlarının antioksidant, xərçəng xəstəliyinə qarşı, antihelmintlərə, qara milçək və ağcaqanad sürfələrinə qarşı təsirə malik olduğu təcrübələr vasitəsilə müəyyənləşdirilib. Bu takson Crocus cinsinin digər növləri kimi çox dəyərli xüsusiyyətlərə sahib olduğu üçün farmakoloji məqsədlərdə istifadə edilə bilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [16:14]