Dəniz nəqliyyatı ilə yükdaşıma 4 dəfə artıb
Bakı, 25 iyul, AZƏRTAC
Bu ilin 6 ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 930 milyon dollar dəyərində 1,4 milyon ton yük daşınıb.
AZƏRTAC xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 94,1 faiz və 4 dəfə çoxdur. Həmin dövrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə 3,5 milyon tondan çox yük aşırılıb ki, 2022-ci illə müqayisədə 12 faizlik artım deməkdir.
Altı ay ərzində dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin dəyəri 83 milyon 45 min dollara bərabər olub, 847 milyon dollarlıq yük isə idxal olunub. Son bir ildə ixrac olunan yüklərin həcmi 3,2 dəfə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]