Depressiya beynin müəyyən hissəsini zəiflədir
Bakı, 3 avqust, AZƏRTAC
Almaniyalı alimlərin yeni araşdırması göstərir ki, depressiya və nevrotiklik səviyyəsi yüksək olan insanlarda beyin qabığı incəlir.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatda 43 depressiya xəstəsi və 43 sağlam insanın beyninin yüksək dəqiqlikli maqnit rezonans tomoqrafiyası (MRT) görüntüləri analiz edilib. Nəticələr göstərib ki, depressiya diaqnozu olan şəxslər və emosional cəhətdən daha həssas insanlar beyin qabığında struktur zəifləmə nümayiş etdirir.
Alimlərin fikrincə, bu dəyişikliklər depressiyanın beyində müşahidə olunabilən izlər buraxdığını və beyin qabığı qalınlığının gələcəkdə bu xəstəliyin biomarkeri (yəni diaqnoz üçün istifadə edilə bilən göstərici) kimi istifadə oluna biləcəyini göstərir.
“Tapıntılar depressiyanın yalnız əhval deyil, beyin strukturlarına da təsir etdiyini göstərir”, – deyə tədqiqatçılar bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]