Dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
Bakı, 7 aprel, AZƏRTAC
Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, Baş İdarənin "Sədərək" gömrük postunda Türkiyədən ölkəmizə gələn “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Yoxlama zamanı vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinin yük hissəsindən gömrük orqanına bəyan etmədiyi 74 adda 2 min 480 qutu müxtəlif dərman preparatları aşkar edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]