“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Bakı, 10 sentyabr, AZƏRTAC
“Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramı sentyabrın 10-u üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramda Azərbaycan bölməsi üzrə VII siniflər üçün fiziki tərbiyə, Azərbaycan dili, riyaziyyat və ingilis dili, VIII siniflər üçün Azərbaycan dili, riyaziyyat, ingilis dili və müəllimdən məktub, rus bölməsi üzrə IV siniflər üçün rus dili və riyaziyyat fənlərindən dərslər təqdim olunub. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki şagirdlər üçün teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]