Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİASPOR TƏŞKİLATLARI AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ 90 İLLİYİ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRİRLƏR

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan diaspor təşkilatları 28 may - Respublika günü, Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirməyə başlamışlar.

Mayın 22-də ABŞ-ın Los-Anceles şəhərində “Amerikalı Azərbaycanlıları Şurası” Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu ilə birgə Respublika günü münasibətilə böyük tədbir keçirmişlər. Parisdə fəaliyyət göstərən “Azərbaycan evi” də Azərbaycan Demokratik Respublikasının 90 illiyini mayın 22-də qeyd etmişdir. Mayın 23-də isə Fransanın Strasburq şəhərindəki “Azərbaycan evi” və Romada fəaliyyət göstərən “Nizami” Cəmiyyəti Respublika günü münasibətilə tədbirlər keçirəcəklər.

Avropanın digər ölkələrində yaşayan soydaşlarımız da Respublika günü münasibətilə bayram tədbirləri planlaşdırmışlar. Praqada Azər-Çex Cəmiyyəti ADR-in 90 illik yubileyini qeyd etmək məqsədi ilə tədbirlər planı hazırlamışdır. Buraya Çexiya parlamentinin Senatında “ADR-in yaranma tarixi və nailiyyətləri - Yeni Azərbaycanın bu günü və sabahı” adlı seminar, Mərkəzi Mədəniyyət Sarayında - Azərbaycan mədəniyyəti festivalı və Boulinq turniri daxildir. Tədbirlər mayın 28-30-da keçiriləcəkdir.

Niderlandın Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin “Azərbaycan - Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə doğru 90 il” devizi altında tədbirlər keçirməsi nəzərdə tutulmuşdur. Budapeştdəki Millətlər Evində Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə 28 may - Respublika gününü qeyd edəcəkdir. Moldova Azərbaycanlıları Konqresi isə Azərbaycanın Moldovadakı səfirliyi ilə birlikdə Kişineudakı Milli Azlıqlar Evində Şərqdə ilk demokratik respublikanın - ADR-in 90 illiyinə həsr olunmuş bayram şənliyi təşkil edəcəkdir.

Rumıniyada fəaliyyət göstərən Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycanın Rumıniyadakı səfirliyi bu ölkədəki soydaşlarımızı və digər xalqların nümayəndələrini Buxarestdəki Diplomatik Klubda keçiriləcək bayram tədbirinə toplayacaqlar. Tallində fəaliyyət göstərən Aydan-Eston Mədəniyyət Mərkəzi Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90 illiyi münasibətilə böyük tədbir keçirəcəkdir. Tədbirdə Estoniyanın sabiq prezidenti Arnold Ruutel, Estoniya parlamentinin spikeri, vitse-spikeri, Estoniyanın münasibətlər naziri Eurve Palo, Estoniya parlamentinin üzvü, Estoniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Eldar Əfəndiyev, deputat Evelin Sepp, Tallin şəhərinin meri Edqar Savisaarın iştirakı nəzərdə tutulmuşdur. Tədbirdə “Heydər Əliyev və Azərbaycan diasporu” və “Azərbaycan Demokratik Respublikası” mövzularında sərgilər təşkil olunacaqdır. Həmin sərgilər 2 gün Estoniya Parlamentində də nümayiş etdiriləcəkdir. Tədbirdə, həmçinin “XIX və XX əsrlərdə Estoniyada azərbaycanlılar” adlı kitabın təqdimatı olacaqdır. Konfransdan sonra sənədli film nümayiş etdiriləcəkdir.

Vilnüsdəki Litva Azərbaycanlıları Cəmiyyəti Azərbaycanın Litvadakı səfirliyi ilə birlikdə Respublika günü münasibətilə konfrans, Riqa Filarmoniyasında isə “Ocaq” Cəmiyyəti Azərbaycanın Latviyadakı səfirliyi ilə birgə bayram konserti təşkil edəcəklər. Mayın 24-də İsveçrənin iki şəhərində Respublika günü qeyd olunacaqdır. Linköpinqdə “Azərbaycan Federasyonu İsveç”ə (AFİ) daxil olan Babək-Linköpinq Dərnəyi bayram konserti, Berndə isə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi cümhuriyyətin 90 illiyinə dair konfrans keçirəcəkdir.

Fransanın Tuluza şəhərindəki Azərbaycanlı Tələbələr Assosiasiyası, Parisdəki “Azərbaycan-Fransız Gənclər Assosiasiyası” və “Təhsil və Tədqiqatların İnkişafı üzrə Fransa-Azərbaycan Tələbə Assosiasiyası”, Metsdəki Fransada Azərbaycanlıların Diaspor Mərkəzi, Muluzdakı Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasi (A.F.M.A.) Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyinə həsr olunmuş müxtəlif tədbirlər keçirəcəklər.

Böyük Britaniyada Caspian Xəzri, Barselonada “Dostluq” İspaniya-Azərbaycan Assosiasiyası, İtaliyanın Padova şəhərində İtaliya-Azərbaycan “Dostluq” Assosiasiyası, Berlində Azis-Almaniya Beynəlxalq Assosiasiyası, İsveçdə Xəzər-Azərbaycan Dostluq Cəmiyyəti, Kopenhagendə isə Danimarka-Azərbaycan Cəmiyyəti konfranslar və görüşlər təşkil edərək Azərbaycanın dövlətçilik tarixində ən mühüm əhəmiyyət kəsb edən günlərdən biri - 28 may Respublika günü barədə ətraflı məlumat verəcəklər.

Mayın 26-da İsraildə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası Knessetin Auditorium zalında Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90 illiyi, Dağ Yəhudilərinin Vətənə dönüşünün 160 illiyi münasibətilə İsrail hökuməti üzvləri, Azərbaycan və Rusiyadan dəvət olunan qonaqlar, İsraildəki diplomatik korpusun nümayəndələrinin iştirakı ilə tədbir keçirəcəkdir.

Mayın 28-də Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Kanada-Azərbaycan Alyansı”, “Kanada-Azərbaycan Assosiasiyalar Assambleyası” Respublika günü münasibətilə tədbir, Monreal şəhərindəki Kvebek Azərbaycanlıları Assosiasiyası isə bayram konserti təşkil edəcəklər. ABŞ-dakı “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası da 28 May bayramını mayın 28-də qeyd edəcəkdir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Azərbaycan Cəmiyyəti, Misirdəki Vətən Tələbə Cəmiyyəti, Avstraliyanın Sidney şəhərindəki Azərbaycanlılar Cəmiyyəti, Yeni Zelandiyanın Okland şəhərindəki “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti və “Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti” də Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90 illiyini qeyd edəcək, Azərbaycan, türk və digər xalqların diaspor təşkilatlarının təmsilçilərinə tariximizin 28 May kimi parlaq səhifəsi barədə ətraflı məlumat verəcəklər. Ankarada isə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Azərbaycan Demokratik Respublikasının 90 illiyi ilə bağlı “Bir dəfə yüksələn bayraq bir daha enməz” adlı elmi-praktik konfrans keçirəcəkdir.

Tbilisidə “Gürcustan Azərbaycanlıları Konqresi” Azərbaycanın Gürcüstandakı səfirliyi ilə birlikdə ADR-in yaradıcılarından Xan Xoyskinin və Həsən bəy Ağayevin Botanika bağındakı qəbirüstü abidələrinə ziyarət təşkil edəcəkdir. Daha sonra vaxtilə ADR Hökumətinin fəaliyyət göstərdiyi Tbilisi Dövlət Gənclər Sarayında Respublika günü münasibətilə toplantı keçiriləcəkdir. Marneulidə isə “Azərbaycanlıların Mədəniyyət Mərkəzi” Azərbaycanın Gürcüstandakı səfirliyi ilə birlikdə Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edəcəkdir.

Özbəkistanda fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası” Respublika gününü qeyd etməyə hazırlaşır. Azərbaycanın bu mühüm dövlət bayramı Qazaxıstanın üç şəhərində qeyd olunacaqdır. Astanada “Xəzər” İctimai Birliyi Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə birlikdə, Petropavlovksdakı “Azərbaycan Mədəniyyət Mərkəzi”, Aktauda isə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi ilə “Turan” konqresi birgə konfranslar keçirəcəklər.

Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyi Rusiya Federasiyasının bütün əyalətlərində qeyd ediləcəkdir. Ümumrusiya Azərbaycan Konqresinin bütün regional təşkilatları, eləcə də Azərbaycan Milli Mədəni Muxtariyyəti Respublika günü münasibətilə tədbirlər təşkil edəcəklər. Kiyev şəhərində Ukrayna Azərbaycan Konqresi ADR-in yubileyini dəyirmi masa ilə qeyd edəcəkdir. Minskdə isə Belarus Azərbaycan İcmaları Konqresi, Azərbaycanın Belarusdakı səfirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC birlikdə ADR-in yaradılmasının 90 illiyi münasibətilə “Belarus-Azərbaycan dostluq körpüsü” adlı tədbir və böyük konsert proqramı təşkil edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın Baş Konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib