Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dilə münasibət həm də Vətənə, dövlətə, tarixə və özümüzə münasibətdir - RƏY

Dilə münasibət həm də Vətənə, dövlətə, tarixə və özümüzə münasibətdir -  RƏY

Bakı, 1 avqust, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin qorunması və təbliği ilə bağlı imzalanan Fərman ana dilimizin yaşadılması və yüksək səviyyədə təşviqinə yönəlib. Eyni zamanda, bu Fərman milli strateji sənəddir. Çünki bu gün dilimizin qorunması milli təhlükəsizlik, ideoloji müstəqillik və beynəlxalq mövqe baxımından son dərəcə mühüm əhəmiyyətə malikdir. Bu Fərman bir daha göstərdi ki, Azərbaycan dövlətinin dil siyasəti dəqiq, ardıcıl və məqsədyönlü şəkildə aparılır.

Bu fikirləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı AZƏRTAC-a açıqlamasında söyləyib.

“Fərmanda Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə toxunulub.Bu, çox böyük mədəni-siyasi potensiala malik məsələdir. Uzun illər diplomatik fəaliyyət göstərdiyim üçün, deyə bilərəm ki, ədəbiyyat sözün əsl mənasında mədəni diplomatiyanın önəmli vasitələrindəndir. Folklor və ədəbiyyat xalqın keçmişini, düşüncə tərzini, estetik dünyasını olduqca təsirli şəkildə izah edə bilir. Biz Füzulini, Nizamini, Sabiri, Mirzə Cəlili, eləcə də neçə-neçə klassiklərimizi, mütəfəkkirlərimizi, şairlərimizi, yazıçılarımızı xarici dillərə çevirdikcə, Azərbaycanı dünyaya təqdim edirik. Bu, sadəcə, mədəni tanıtım deyil, Azərbaycanın dünyada ideoloji mövqeyini gücləndirən prosesdir”, - deyə o vurğulayıb.

Deputat, həmçinin Fərmanda Dövlət Dil Komissiyasının yeni tərkibdə qurulmasının nəzərdə tutulmasından bəhs edib: “Düşünürəm ki, dil komissiyamız müasir dünyanın reallıqlarına uyğunlaşmalıdır. Təkcə dilçi alimlər yox, həm də media mütəxəssisləri, texnoloqlar, təhsil ekspertləri burada təmsil olunmalıdırlar. Əgər dilin gələcəyindən danışırıqsa, o zaman bu gələcəyi formalaşdıracaq platformalarda, yəni internetdə, süni intellektdə, təhsil mühitində ana dilimizi necə inkişaf etdirəcəyimizi düşünməliyik. Bu, yalnız nəzarət xarakteri daşımır. Bu, kreativ təşəbbüslərlə gələcəyə baxışdır. Unutmamalıyıq ki, dil kitablar, qəzetlər, müxtəlif yazılı mənbələr ilə  yanaşı, həm də sosial mediada, televiziyada, məktəbdə, küçə reklamlarındadır. Bu gün müşahidə edirik ki, sosial şəbəkələr mühitində dil yalnız informasiyanın ötürülməsi vasitəsinə çevrilib. Halbuki dil bizim milli mədəni kimliyimizin kodudur. Yeni Fərman bu məsələyə dövlət səviyyəsində müdaxilə imkanı yaradır”.

Azərbaycan xalqının əsrlər boyu öz dilinə sahib çıxmasından və onu daha da zənginləşdirməsindən bəhs edən Günay Əfəndiyeva vurğulayıb ki, ana dili yazılı və şifahi ədəbiyyatımızın mayasıdır: “Dil ana laylasından beynəlxalq tribunalara qədər hər bir sahədə xalqımızın milli ruhunu ifadə edir. Tariximizin elə səhifələri var ki, orada dilimiz təkcə ifadə vasitəsi deyil, həm də mübarizə silahına çevrilib. Azərbaycan dili dəfələrlə bu mübarizənin mərkəzində olub. Xüsusilə sovet totalitarizminin sərt illərində milli kimliyimizin daşıyıcısı olan ana dilimiz sıxışdırılıb, təzyiqlərə məruz qaldı. Bu siyasət yalnız rəsmi dairələrdə deyil, ədəbiyyat və mədəniyyət sahəsində də acı nəticələr verdi. Dilini sevən, onu yaşadan söz adamları – Hüseyn Cavid, Mikayıl Müşfiq,Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad və başqaları milli düşüncəyə sədaqətlərinə görə repressiyalara məruz qaldılar, həyatları yarımçıq qaldı. Lakin onların yazdıqları, söylədikləri zamanın sınaqlarından güclü çıxdı. Bu gün Azərbaycan dili dövlət dilidirsə, azaddırsa, inkişaf yolundadırsa, bu həm də həyatlarını fəda etmiş həmin o söz adamlarının müqəddəs irsi sayəsindədir”.

Deputat bildirib ki, Sovet imperiyası tərəfindən Azərbaycan ilə yanaşı, ümumilikdə türk xalqlarına qarşı məqsədyönlü şəkildə dillə bağlı siyasət həyata keçirilib: “Sovet ideoloqları yaxşı bilirdilər ki, dil milli kimliyin formalaşmasında açar rolu oynayan bir amildir. Onlar bu açarı türk xalqlarının bir-birinə açılan qapılarını bağlamaq üçün istifadə etdilər – qardaş dilləri yadlaşdırmaq, ortaq yaddaşı susdurmaq üçün. Onlar o açarı Türk birliyinə, bizim ümumi gələcəyimizə aparan yolları bağlamaq üçün istifadə etdilər.Ümumtürk mədəni inteqrasiyasını onilliklərlə geriyə atdılar. Amma nəticəsi nə oldu? indiki Türk dünyasının mənzərəsinə baxın. Artıq tamamilə başqa reallıq yaranıb. Müstəqil türk dövlətləri arasında ortaq əlifbaya keçid təşəbbüsləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində dil və mədəniyyət sahəsində əməkdaşlıqlar, dilin milli birləşdirici vasitə kimi qəbul olunması – bunlar hamısı günümüzün gerçəkliyidir. Böyük qürurla deyirik ki, Azərbaycan bu prosesin öncüllərindəndir”.

Günay Əfəndiyeva diqqətə çatdırıb ki, 1970-1980-ci illərdə SSRİ-də ana dili məsələsini açıq-açıq müdafiə etmək böyük siyasi riskə getmək idi. Amma Ulu Öndər Heydər Əliyev bunu edib. 1978-ci ildə məhz Ümummilli Liderin qətiyyəti ilə bu məsələ konstitusiyaya salınıb. Bu isə böyük cəsarətin nəticəsi idi.

Deputat latın qrafikalı Azərbaycan əlifbasına keçidi XX əsrin sonunda milli müstəqilliyimizi möhkəmləndirən mühüm addımlardan biri kimi dəyərləndirib. O deyib ki, bu, sovet dönəminin ideoloji təsirlərindən azad olmaq və müasir informasiya cəmiyyətinə inteqrasiyanın təmin edilməsi idi. Günay Əfəndiyeva vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün elan olunması dil siyasətinin müstəqil Azərbaycan dövlətinin strateji prioritetlərindən olduğunu  sübut edib. Dilimizin mühafizəsi isə bütövlükdə cəmiyyətin vəzifəsidir. “Dilə münasibətimiz həm də Vətənə, dövlətə, tarixə və özümüzə münasibətimizdir. Buna görə də ana dilimizin qoruması işində hər birimiz məsuliyyətlə və fəal şəkildə iştirak etməliyik”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

 

AZƏRTAC -0- XM

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlığında yeni mərhələ - ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır