ELM VƏ TƏHSİL
“Direktorlar klubu” çərçivəsində “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq
Bakı, 22 iyun, AZƏRTAC
Bu gün saat 19:00-da “Direktorlar klubu” çərçivəsində “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, budəfəki proqramda Bakı şəhəri 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva və Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin direktoru Bəhruz Mehdiyevin iştirakı ilə uğurlu məktəb barədə danışılacaq.
Xatırladaq ki, proqram hər həftənin çərşənbə axşamı “T-Network”un feysbuk səhifəsi üzərindən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanır.
“Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və “Kapital Bankın” baş sponsorluğu ilə yaradılıb.