Diyarbəkir valisi: Azərbaycan şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayacaq
Diyarbəkir, 19 yanvar, AZƏRTAC
1990-cı ilin 20 yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Diyarbəkirdə keçirilən tədbirdə şəhidlərin xatirəsini ehtiramla yad etdik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Diyarbəkir vilayətinin valisi Həsən Basri Gözəloğlu deyib.
Vali qeyd edib ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, həm də qəhrəmanlıq tarixidir. O vurğulayıb ki, şəhidlərimizin xatirəsinə birlikdə ehtiram göstərməyimiz Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsidir.
Vali əminliklə bildirib ki, Azərbaycan öz müstəqilliyini qoruyaraq gələcəyə doğru inamla addımlayacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Diyarbəkir
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]