DİYEQO MARADONA BİR DAHA NARKOTİKLƏRƏ YAXIN DURMAYACAĞINI BİLDİRİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, əfsanəvi futbolçu Diyeqo Armando Maradona artıq narkotik maddə qəbul etmədiyini bildirir. Argentina yığmasının keçmiş kapitanı deyir ki, “Kubada narkotiklərə həvəsi öldürmək üçün hər cür şərait var və mən daha kokain barədə düşünmürəm, özümü bu bəladan tamamilə azad insan kimi hiss edirəm”.
Maradona Kuba həkimlərinin narkomanlığın müalicəsi metodlarını yüksək qiymətləndirir. Futbolçu, eyni zamanda, vətəni Argentinada keçdiyi müalicə kursunu kəskin surətdə pisləmişdir. Belə ki, Argentinada onu məhkəmənin qərarı ilə məcburi müalicə kursu keçməyə vadar etmişdilər.
D.Maradona demişdir: “Yenidən normal həyat sürmək, idman şərhçisi və ya uşaq məşqçisi olmaq istəyirəm. Bu, çox şərəflidir. Həm də özünü narkotiklərlə zəhərləməyin necə böyük səhv olduğunu uşaqlara anlatmaq istəyirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]