“Dnepravia” şirkəti Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysi açacaqdır
Bakı, 28 aprel (AZƏRTAC). Aprelin 28-də “İnterfaks-Azərbaycan” informasiya agentliyində Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər evrir ki, “Dnepravia” şirkətinin kommersiya və inzibati məsələlər üzrə direktoru Sergey Posılayev məlumat verərək bildirmişdir ki, mayın 17-də açılacaq Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysi istiqamətində uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcəkdir. O demişdir: “Hər iki istiqamətdə” biletin qiyməti 350 dollardır. Tələbat olarsa, şirkətimiz uçuşların tezliyini həftədə iki dəfəyə çatdıra bilər. Aviareysə “Embraer ERJ 145” təyyarələri cəlb olunacaqdır”.
Ukraynanın Azərbaycandakı səfirinin müavini Rüstəm Rüstəmov bildirmişdir ki, Dnepropetrovsk vilayətində təxminən 60 min azərbaycanlı yaşayır. O vurğulamışdır ki, Azərbaycan və Ukrayna arasında siyasət, mədəniyyət və iqtisadiyyat sahələrində sıx əlaqələr var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]