DOLU VƏ YAĞIŞ DAŞKƏSƏN RAYONUNA XEYLİ ZİYAN VURMUŞDUR
Daşkəsən, 18 may (AZƏRTAC). Mayın 17-də axşamüstü dolu və küləklə müşayiət olunan leysan yağışları Daşkəsən rayonunun yaşayış məntəqələrinə xeyli ziyan vurmuşdur.
Rayon fövqəladə hallar komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, bir neçə saat ərzində Xoşbulaq, Qabaqtəpə, Qaraqollar, Zinzahal və Quşçu kəndlərində yaşayış evlərinin dam örtükləri, sakinlərin mal-qarası, əkin sahələri, yol və elektrik təsərrüfatları ziyan çəkmişdir. İlkin hesablamalar göstərir ki, 60 baş mal-qara tələf olmuş, 30 hektara yaxın taxıl sahəsi sıradan çıxmışdır.
Dəymiş ziyanın həcmi müəyyənləşdirilir, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]