Dominik Livakoviç dünya çempionatının ən yaxşı qapıçısıdır
Bakı, 18 dekabr, AZƏRTAC
Xorvatiyalı qapıçı Dominik Livakoviç Qətərdə keçirilən dünya çempionatında daha çox seyv edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 27 yaşlı qapıçı hazırda reytinq cədvəlində birinci yerdədir. Livakoviçin hesabına cari çempionatın yeddi görüşündə 25 zərbə əks olunub. Bu göstəriciyə görə o, uzun müddətdir liderlik edən Voyçex Şesnini iki dəfə üstələyib. Polşa millisinin qapıçısı turnirdə cəmi dörd oyun keçirib. Andris Noppert 5 matçda 18 seyvlə üçüncüdür.
Dünya çempionatının finalında bu gün Fransa və Argentina komandaları qarşılaşacaq. Bu komandaların qapıçıları - Hüqo Lloris və Emiliano Martinez, çox güman ki, reytinqin zirvəsindəki vəziyyəti dəyişməyəcəklər, çünki onların seyvlərinin sayı müvafiq olaraq 10 və 5-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]