Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dondurmanın növləri, faydası və zərəri

Dondurmanın növləri, faydası və zərəri

Bakı, 10 iyun, AZƏRTAC

1786-cı il iyunun 10-da Amerika Birləşmiş Ştatlarında (ABŞ) dondurmaların kütləvi satışına başlanılıb. Ümumdünya Dondurma Gününün tarixi də öz başlanğıcını məhz həmin gündən götürüb. İndi hər il iyunun 10-u Ümumdünya Dondurma Günü kimi qeyd edilir.

Əslində dondurmanın tarixi daha qədim dövrlərə gedib çıxır. Makedoniyalı İskəndər gəzintilər zamanı giləmeyvə, bal və südlə qarışmış dağ qarını istehlak edirmiş və onu dondurmanın primitiv formalarından biri hesab etmək olar. XIII əsrdə məşhur səyyah Marko Polo Çinə səfəri zamanı südlü buzlu içkiləri Venesiyaya aparıb və dondurulmuş desertlər ideyası yayılıb. 1700-cü ildə ABŞ-ın üçüncü prezidenti Tomas Cefferson dondurmanın Amerikaya gətirilməsinə nail olub.

Azərbaycanda dondurma istehlakı XX əsrin əvvəllərindən geniş yayılmağa başlayıb. Sovet dövründə Bakı və Gəncə kimi şəhərlərdə dondurma istehsalı fabriklərdə aparılırdı. Ən məşhur növlərdən biri klassik südlü və meyvəli dondurmalar idi. Ötən əsrin 50-80-ci illərində Azərbaycanda dondurma istehsalı genişlənib və onun müxtəlif növləri bazara çıxarılıb. Müstəqillik illərində yerli istehsalçılar fərqli dadlar və reseptlər təqdim etməyə başlayıblar. Hazırda Azərbaycanda milli və beynəlxalq brendlər dondurma istehsal edir. Xüsusilə plombir kimi yerli məhsullarla hazırlanan dondurmalar geniş yayılıb.

Ümumdünya Dondurma Günü ilə əlaqədar AZƏRTAC-ın müxbiri qida üzrə ekspert Seymur Qafarovla söhbət edib. O deyib: “Dondurma süd və ya süd məhsulları, şəkər və müxtəlif dadlandırıcıların, həmçinin meyvə, qoz-fındıq, şokolad və digər əlavələrin qarışdırılıb dondurulması ilə hazırlanan şirin, yarı bərk qida məhsuludur. Dondurma həm dadlı desert, həm də sərinlədici vasitə kimi geniş yayılıb. Dondurma həm sənaye üsulu ilə, həm də ev şəraitində hazırlanan və yay aylarında ən çox tələb olunan məhsullardan biridir.

Dondurmanın tərkibi süd (və ya südlü kremlər), şəkər, yağ, dadlandırıcılar, emulqator və stabilizatorlardan ibarətdir. Dondurma qatqıların homogenləşdirilməsi, südün pasterizə edilməsi, daha sonra soyudulması və yekunda dondurulması ilə əldə olunur. Adətən, stəkanlı, çubuqlu, bulkada, külahda, tort və s. şəkilli qablaşma formalarında olur. Dondurma düzgün və normada istifadə edildikdə həm ləzzətli, həm də qida dəyəri olan faydalı bir desert ola bilər.

Onun verdiyi məlumata görə, dondurmanın beş növü mövcuddur: “Əsas tərkibi süd və şəkərdən ibarət, yağ faizi az olan südlü, daha yağlı və ləziz dadı olan kremli, ən yağlı və kremli olan plombir, meyvə püresi və şəkərlə hazırlanan şərbətli (sorbe) və süd yerinə bitki mənşəli alternativlərdən (soya, badam, kokos və s.) istifadə olunan bitki əsaslı dondurmalar var. Dondurma orta miqdarda istehlak edilməlidir. Çox soyuq halda yemək həzm sisteminə təsir edə bilər. Dondurma sümükləri və immuniteti gücləndirir, stresi azaldır və xoşbəxtlik hissi yaradır; ürək və sinir sisteminə müsbət təsir göstərir. Bundan başqa, dondurma boğaz ağrısı zamanı bəzi hallarda rahatlıq verir, həzm sisteminə yardımçı ola bilər. Lakin onun zərərləri də olmamış deyil. Dondurmanın tərkibində şəkərin miqdarı yüksək olduğu üçün artıq çəkiyə, soyuducuda uzun müddət qalanda zəhərlənməyə səbəb ola bilər. Dondurma Günəş altında yeyildikdə ultrabənövşəyi şüalarla reaksiyaya girərək sağlamlığa mənfi təsir göstərir, həddindən artıq istehlakı diş çürüməsi və qanda şəkərin yüksəlməsinə səbəb ola bilər. Keyfiyyətsiz dondurma başağrısı, mədə-bağırsaq sisteminin pozulması kimi hallara da səbəb ola bilər”.

Dondurmanın keyfiyyətinin yoxlanılması barədə danışan mütəxəssis bildirib: “Dondurmanın kiçik bir hissəsini kəsib evdə nəlbəkiyə və ya düz müstəviyə qoyub onun əriməsinə fikir vermək lazımdır. Dondurma keyfiyyətli olduqda 10-15 dəqiqə ərzində onun bütün hissələri şaquli olaraq hissə-hissə eyni anda və dərəcədə əriyir. Keyfiyyətsiz olduqda və bitki yağı əvəzedicilərindən istifadə olunaraq hazırlanıbsa, dondurmanın əriyən hissələrinin çoxu suya çıxır, qeyri-bərabər formada əriyir və çox vaxt kiçik bir hissəsi də olsa qalır”.

Qeyd edək ki, ev şəraitində dondurmanı mənfi 18 dərəcədən yüksək olmayan temperaturda saxlamaq lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır