Dörd dəfə “Oscar” mükafatına layiq görülmüş bəstəkar vəfat edib
Bakı, 1 mart, AZƏRTAC
Məşhur bəstəkar və dirijor, dörd dəfə “Oscar” mükafatına layiq görülmüş, Hollivudun şedevrə çevrilmiş bir sıra ekran əsərlərinə musiqi bəstələmiş Andre Previn 89 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, Previnin meneceri Linda Petrikova CNN telekanalına bəstəkarın Nyu-Yorkun Manhetten məhəlləsindəki evində qısa sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirib.
Andre Previn “Porgy -Bess” və “Mənim ədalətli ledim” kimi dünyanın klassik ekran əsərləri hesab edilən filmlərə musiqi yazıb. Bəstəkar 4 dəfə “Oscar”, 10 dəfə “Grammy” mükafatlarına layiq görülüb. Böyük Britaniya kraliçası II Yelizaveta bəstəkara “Fəxri Qılınc Cəngavəri” ordeni təqdim edib. 1929-cu ildə Berlində anadan olan Previn sonradan ABŞ-a mühacirət edib və son günlərinədək Hyuston Simfonik Orkestrinin baş dirijoru olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]