DOST Agentliyi ilə Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub




Bakı, 9 aprel, AZƏRTAC
DOST Agentliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş olub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub, onlara DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə məlumat verilib.
Sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev nümayəndə heyətinə DOST konsepsiyası barədə ətraflı məlumat verib. DOST mərkəzlərində ötən dövrdə 3,4 milyondan çox vətəndaşa xidmət göstərildiyi və həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz olduğu bildirilib.
Tədbirdə DOST konsepsiyasına dair təqdimat nümayiş etdirilib. Təqdimatda DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq uğurları və s. diqqətə çatdırılıb.
Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [16:31]
“İKT-də Qızlar Günü” münasibətilə tədbir təşkil edilib
- 24.04.2025 [15:50]
Biləsuvarda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb
- 24.04.2025 [15:34]
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə gətirilib
- 24.04.2025 [14:59]
Bakıda Beynəlxalq Autizm Konfransının açılış mərasimi keçirilib
Qubada 3 nəfəri it dişləyib
- [16:11]
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]