Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası gücləndirilir

Naxçıvan, 4 dekabr, AZƏRTAC

Daxili bazarda məhsul bolluğunun yaradılmasında, əhalinin zəruri ərzaq məhsullarına tələbatının daha dolğun şəkildə ödənilməsində baytarlıq xidmətinin mühüm rolu vardır. Ona görə də muxtar respublikada baytarlıq xidmətinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası mütəmadi olaraq gücləndirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə yeni laboratoriya cihazları və süni mayalanma avadanlıqları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən tədbirlər baytarlıq xidmətini də əhatə edib, maddi-texniki baza xeyli gücləndirilib. Son illər Şərur, Sədərək, Babək, Şahbuz rayon baytarlıq idarə və laboratoriyaları üçün yeni binalar tikilib, laboratoriyalar yeni avadanlıqlarla təmin olunub. Dövlət Baytarlıq Xidməti, Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, Mərkəzi Baytarlıq Laboratoriyası, Naxçıvan Şəhər Baytarlıq İdarəsi və Naxçıvan Muxtar Respublikası Zoobaytar Təchizat İdarəsi üçün binalar yenidən qurulub, dərmanların saxlanılması üçün soyuducu kameralar quraşdırılıb.

Qeyd olunub ki, Dövlət Baytarlıq Xidməti tərəfindən bu il peyvəndləmə tədbirləri görülüb, ümumilikdə, 11 min 599 obyektdə epizootiya əleyhinə dezinfeksiya işləri aparılıb. Xidmətin ekspertiza və bakterioloji laboratoriyaları tərəfindən patoloji nümunələr götürülərək infeksion xəstəliklərə görə müayinə olunub, 138 halda xəstəlik qeydə alınıb və aidiyyəti tədbirlər həyata keçirilib. 2014-cü ilin 11 ayı ərzində muxtar respublikada Dövlət Baytarlıq Xidmətinin süni mayalandırma texnikləri tərəfindən 6793 baş mal-qarada süni mayalama aparılıb, mayalanmış mal-qaradan bu günədək 6020 baş sağlam bala alınıb. Həmçinin Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin fəaliyyəti mütəmadi olaraq baytarlıq xidmətinin apardığı tədbirlərlə əlaqələndirilir. Hazırda mərkəz tərəfindən 4 elmi-tədqiqat mövzusu üzrə işlər aparılır, 3 mövzu üzrə ixtira işləri gündəlik baytarlıq fəaliyyətində tətbiq olunur.

Əbil Əbilov yaradılan şəraitə və göstərilən qayğıya görə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada baytarlıq xidmətinin təşkili sahəsində göstərdikləri səylərə və işlərində fərqləndiklərinə görə baytarlıq xidmətinin əməkdaşlarına təşəkkür edərək deyib: Ölkəmizdə kənd təsərrüfatının inkişafına lazımi dövlət qayğısı göstərilir. Bu sahə üzrə həyata keçirilən tədbirlər, xüsusilə subsidiyaların verilməsi, maddi-texniki bazanın gücləndirilməsi, yeni texnikaların, məhsuldar toxum sortlarının və cins mal-qaranın alınıb gətirilməsi, torpaq mülkiyyətçiləri və fermerlər üçün hərtərəfli şəraitin yaradılması kənd təsərrüfatının inkişafına stimul verib.

Ali Məclisin Sədri deyib: Hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması kənd təsərrüfatının inkişafından, kənd təsərrüfatının inkişafı isə əhatə etdiyi sahələrdə fəaliyyətin düzgün təşkilindən asılıdır. Belə sahələrdən biri də baytarlıq xidmətidir. Baytarlıq xidmətini düzgün təşkil etmədən, bu sahə üzrə qarşıya qoyulan vəzifələri yerinə yetirmədən əhalinin təhlükəsiz ərzaq məhsulları ilə təminatını həyata keçirmək mümkün deyil. Çünki sağlam ərzaq məhsullarının istehsalı ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca şərtdir. Sağlam ərzaq məhsulları ilə təminat insanların sağlamlığına, sağlam insanlar isə ölkənin inkişafına xidmət edirlər. Ona görə də əhalinin sağlamlığının qorunması baytarlıq xidmətinin inkişafını zəruri edir.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə, eləcə də muxtar respublikamızda baytarlıq xidmətinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada Dövlət Baytarlıq Xidməti, Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, 170 sahə baytarlıq məntəqəsi və 9 baytar sanitar ekspertiza laboratoriyası fəaliyyət göstərir. Muxtar respublikada bir inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bir baytarlıq məntəqəsi prinsipi əsas götürülərək bütün yaşayış məntəqələri baytarlıq xidməti ilə əhatə olunub. Kənd mərkəzlərində istifadəyə verilən baytarlıq məntəqələri lazımi avadanlıqlarla təmin olunub, süni mayalandırma tədbirlərinin aparılması üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən bu tədbirlər muxtar respublikada mal-qara arasında xəstəliklərin qarşısının alınmasına və sağlam ərzaq məhsullarının istehsalına səbəb olub. Hazırda muxtar respublikada 110 min baş iribuynuzlu, 690 min başa yaxın xırdabuynuzlu, 68 min arı ailəsi saxlanılır. Bu da baytarlıq xidmətinin nümunəvi təşkilini zəruri edir. Dövlət Baytarlıq Xidmətinin əməkdaşları yaradılan şəraitdən düzgün istifadə etməli, bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməlidirlər.

“Əgər səhiyyə xidməti cəmiyyətin xəstələnmiş üzvlərini əhatə edirsə, baytarlıq xidməti cəmiyyətin bütün üzvlərinin sağlamlığının qorunmasına xidmət edir. Çünki sağlam ərzaq məhsulları ilə təminat sağlam həyat tərzi deməkdir”, - deyən Ali Məclisin Sədri muxtar respublikada baytarlıq xidmətinin təşkili sahəsində qarşıya qoyulan vəzifələrə nail olunduğunu bildirib, bir daha kollektivi təbrik edib.

Sonra Ali Məclisin Sədri Dövlət Baytarlıq Xidməti üçün alınmış yeni avadanlıq və ləvazimatlara baxıb.

Məlumat verilib ki, Baytarlıq Laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 27 adda müxtəlif avadanlıq və 26 adda müxtəlif ləvazimat, süni mayalanma tədbirlərinin genişləndirilməsi üçün 15 ədəd yedəkli motosiklet, 32 ədəd süni mayalama çantası və 10 adda müxtəlif ləvazimatlar alınıb gətirilib. Yeni alınan laboratoriya cihazları, süni mayalama avadanlıqları və texnikalar heyvandarlıq sahəsinin intensiv inkişafına, müasir texnologiyalardan istifadəyə, o cümlədən baytarlıq sahəsində elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqinə imkan verəcəkdir. Bioloji mikroskoplar, sanitar ekspertiza avadanlıqları və digər ləvazimatlar heyvandarlıq məhsullarının fiziki-kimyəvi xassəsinin və bioloji strukturlarının yoxlanılmasında, baytarlıq sahəsində biotəhlükəsizlik tədbirlərinin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyır.

Ali Məclisin Sədri muxtar respublikanın rayonlarında fəaliyyət göstərən baytarlıq idarələrinə verilən süni mayalandırma avadanlıq dəstlərini texniklərə təqdim edib, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin işdə fərqlənən bir qrup əməkdaşına hədiyyələr verib.

Baytarlıq xidməti əməkdaşları ilə söhbət zamanı Ali Məclisin Sədri Dövlət Baytarlıq Xidmətinin laboratoriyalarında muxtar respublikanın ali və orta ixtisas məktəblərində baytarlıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübə keçməsi, yerlərdə maarifləndirmə işlərinin aparılması və süni mayalandırma tədbirlərinin genişləndirilməsi barədə müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Türkmənistanda “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb