Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT KÖMRÜK KOMİTƏSİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

2001-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasını təmin etməklə yanaşı, hüquq mühafizə orqanı kimi respublikanın iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması, qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə aparılması, bu cür halların aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması, habelə qaçaqmalçılıq kanallarının ləğv edilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirmişlər. 

2001-ci il ərzində gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində 2754 hüquqpozma faktı aşkar edilmişdir. Onlardan 109-u cinayət xarakterli işlər olmuş və təqsirləndirilən şəxslərə qarşı cinayət işi qaldırılması və məsələsinə baxılması üçün toplanmış materiallar olan 38-i prokurorluğa, 3 -ü Milli Təhlükəsizlik Nazirliyinə, 9 -ü polis orqanlarına, 57-i digər orqanlara göndərilmişdir.

109 cinayət xarakterli faktdan 77-si qaçaqmalçılıqda aid olmuş və dəyəri 3 milyard 244 milyon 472 min manat olan mallar tutulmuşdur.

Cinayət xarakteli işlərin 10-u 3 milyard 553 milyon 815 min manat məbləğində valyuta vəsaitlərinin xaricdən qaytarılmaması, biri 1 milyard 889 milyon 362 min manat məbləğində gömrük ödənişlərindən yayınma faktlarına aid olmuşdur. Digər cinayət xarakterli işlər üzrə hüquqpozma hallarının dəyəri 7 milyard 897 milyon manat təşkil etmişdir. Cinayət xarakterli işlər üzrə cəlb edilən şəxslərin 50 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş 2006-ci ilədək olan dövr üçün “Narkotik vasitələrin, pisixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrasını təmin etmək məqsədilə gömrük orqanları tərəfindən görülən işlər nəticəsində o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə nakotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 39 fakt aşkar edilmişdir. Həmin faktlar üzrə 7 kiloqram 646 qarm müxtəlif növ narkotik vasitə ( o cümlədən 16 fakt üzrə 1780,3 qram tiryək, 7 fakt üzrə 324,96 qram heroin, 9 fakt üzrə 2 kloqram 364,8 qram həşiş, 9 fakt üzrə 3 kloqram 175 qram marixuana) tutulmuşdur.

Bundan əlavə Balakən, Gəncə və Yevlax gömrükxanalarının fəaliyyət zonasında gömrükçülərin təşəbbüsü ilə 41 ton yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq yandırma üsulu ilə məhv edilmişdir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qaşı səmərəli mübarizənin təşkili məqsədilə kinoloji xidmətin təmin edilməsi, kadrlarla komplektləşdirilməsi başa çatdırılmış, gündəlik işdə tətbiq edilən 25 xidməti itin təlimi üçün hər cür şərait yaradılmışdır.

Azərbaycan Respublikasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üçün Dövlət Komissiyasının qərarlarının icrası üzrə onun işçi qrupu ilə birgə konkret tədbirlər görülmüş, Komitə əməkdaşları bir sıra beynəlxalq təşkilatların işində, o cümləndən BMT İnkişaf Proqramı ilə Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda narkotiklərə nəzarət Proqram”nın həyata keçirilməsində yaxından iştirak etmişdir.

Göstərilən dövrdə gömrük orqanları tərəfindən aşkar edilmiş 2645 inzibati xəta faktından 120-si kənar keçirmə, 213-ü gizli keçirmə, 287-si bəyan etməmə, 395-i müvəqqəti idxal rejiminin pozulması, 16-sı aksizsiz idxal, 5-i xarici valyuta vəsaitlərini qaytarmama, 7-si aldatma yolu ilə keçirmə, 1599-u digər xətalarla əlaqədar olmuş, həmin faktlar üzrə 291 hüquqi şəxs (o cümlədən 92 xarici hüquqi şəxs) və 2354 fiziki şəxs (o cümlədən 767 əcnəbi) inzibati qaydada müvafiq məsuliyyətə cəlb edilmiş, onlara qarşı gömrük orqanları və məhkəmələr tərəfindən 2 milyard 291 milyon 373 min manat məbləğində sanksiya tətbiq edilmişdir. Həmin məbləğin 1 milyard 951 milyon 651 min manatını cərimələr təşkil etmiş, habelə hüquqpozma predmeti olan 339 milyon 722 min manat dəyərində mallar və digər əşyalar müsadirə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanından və Nazirlər Kabinetinin həmin Fərmanın icrasına yönəldilmiş qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində qanunsuz yolla gömrük sərhədindən keçirilməsinə cəhd edilən və ya hüquqpozma predmeti olan 23 milyon 665 min ədəddən çox xaricdə istehsal olunmuş siqaret, 19555 litr spirt, 63848 ədəd xaricdə istehsal olunmuş spirtli içki tutulmuşdur. Bundan əlavə vergi orqanları ilə birlikdə keçirilən reydlər nəticəsində aksiz markası ilə markalanmamış 1100 ədəddən çox spirtli içki, 741740 ədəddən çox tütün məmulatı aşkar edilmişdir.

Azərbaycan istehlakçılarının mənafeyinin qorunması məqsədi ilə bir çox profilaktik tədbirlər həyata keçirilmişdir. Misal üçün, mart ayında “Ovçular” firmasına məxsus olan və yararlılıq müddəti 1999-cu ildə bitmiş 1890 ədəd keyfiyyətsiz bildirçin əti aşkar edilmiş və bununla bağlı müvafiq tədbirlər görülmüşdür.

Valyuta qanunvericiliyinə əməl olunmasını təmin etmək üçün həyata keçirilən tədbirlər nəticəsində aşkar edilən hüquqpozma faktları üzrə 204155 ABŞ dolları, 40427500 manat milli pul, 600 saxta ABŞ dolları, 1075 qram qızıl zinət əşyaları, 1280 qram gümüş, 2619 ədəd (90 karat 14 sot) brilyant daşlar, habelə digər valyuta və valyuta sərvətləri tutulmuşdur.

Bundan əlavə hüquqpozma predmetlərinin bir qismini də - 66 kiloqram 376 qram balıq kürüsü, 207960 litrdən çox neft məhsulları, 252 ədəd xalça və xalça məmulatı, 249 kiloqramdan çox barıt, 4 ədəd “Sayqa” markalı silah, 220 ov patronu, 244 tona yaxın əlvan metal, 12471 kiloqramdan çox çay, 20000 ədəd qoz ağacı kökündən hazırlanmış silah qundağı üçün nəzərdə tutulan əşyalar və digər mallar təşkil edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO