Dövlət Miqrasiya Xidməti əməkdaşının həmmüəllifi olduğu kitab Türkiyədə işıq üzü görüb
Bakı, 25 fevral, AZƏRTAC
Türkiyədə Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşı Anar Qaffarovun həmmüəllifi olduğu “Xocalı soyqırımı xarici ölkələrin mətbuatında” kitabı çapdan çıxıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, nəşr soyqırımı ilə bağlı aparılan tədqiqat işləri nəticəsində qələmə alınıb. Məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, xarici ölkələrin mətbuatında faciəyə nə dərəcədə yer ayrıldığını üzə çıxarmaqdır.
Tədqiqat zamanı xarici KİV araşdırılaraq həmin ölkələrin Xocalı soyqırımı ilə bağlı mövqelərinin ayrı-ayrılıqda təhlili aparılıb və nəticələr kitabda əksini tapıb.
Vətən müharibəsində Müzəffər Ordumuzun Qələbəsindən sonra informasiya müstəvisində belə tədqiqatlar mühüm rola malikdir. DMX-nin əməkdaşları həm döyüş meydanında, həm də Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətindəki informasiya savaşında mübarizədə fəallıq göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]