Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Proqramı baytarlıq təbabətinin inkişafı istiqamətində kompleks tədbirlərin reallaşdırılmasına yol açır

Naxçıvan, 15 mart, AZƏRTAC

İnsanın gündəlik ərzaq tələbatının mühüm bir hissəsini ət və süd məhsulları təşkil edir. Əhalinin təhlükəsiz heyvandarlıq məhsulları ilə təmin edilməsi üçün baytarlıq təbabətinin inkişafı, bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində qurulması həyati əhəmiyyət kəsb edən məsələdir. Heyvanlar arasında xəstəliklərin qarşısının alınması isə baytarlıq xidmətinin təşkili ilə birbaşa bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi “Baytarlıq xidmətinin təşkili fədakarlıq və zəhmət tələb edir. Muxtar respublikada epizootik tədbirlərin vaxtında həyata keçirilməsinin nəticəsidir ki, heyvanlar arasında infeksion xəstəlik yoxdur”.

Baytarlıq laboratoriyalarından səmərəli istifadə edilir

Görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın müstəsna rolu vardır. Proqramda nəzərdə tutulan tapşırıqların icrası baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsini təmin edir ki, bu da həyata keçirilən tədbirlərin effektivlik dərəcəsini artıran başlıca faktordur. 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə keçirilən tədbirlərdə Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir, Qarabürc, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın və Babək rayonunun Nəcəfəlidizə kənd mərkəzlərində baytarlıq məntəqələri istifadəyə verilib. Dövlət Proqramının təsdiq olunduğu ərəfədə 29 sahə baytar məntəqəsi ilə yanaşı, baytarlıq laboratoriyasını və Baytar sanitar ekspertiza laboratoriyasını əhatə edən Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilməsi bu sahəyə göstərilən diqqətin mühüm təzahürüdür. Ümumilikdə, proqramın icrasına uyğun olaraq 2020-ci ildə muxtar respublikada mövcud olan baytarlıq laboratoriyalarından səmərəli istifadə diqqət mərkəzində saxlanılıb. Bu laboratoriyalarda bruselyoz xəstəliyinə görə 19 min 937 baş iribuynuzlu, 69 min 663 baş xırdabuynuzlu heyvandan, 27 min 960 baş qoçdan qan nümunələri götürülərək yoxlanılıb. Həmçinin diaqnostiki olaraq vərəm xəstəliyinə görə 3 min 954 baş iribuynuzlu heyvan, epididimitə görə 27 min 960 baş qoç, manqo xəstəliyinə görə 1731 baş təkdırnaqlıda müayinələr aparılıb. Bu dövrdə 3 min 816 heyvandan patoloji nümunələrin götürülərək yoxlanılması iti gedişli infeksion xəstəlik aşkar edilməməsi ilə nəticələnib. Eyni zamanda proqramın icrasına uyğun olaraq askaridoza görə 31 min 964 baş quş, fassiolyoza görə 23 min 195 baş iribuynuzlu, 153 min 836 baş xırdabuynuzlu, diktiokaulyoza görə 23 min 195 baş iribuynuzlu, 153 min 836 baş xırdabuynuzlu, monezioza görə 153 min 836 baş xırdabuynuzlu, neaskaridioza görə 10 min 946 baş iribuynuzlu heyvandan nümunə götürülərək yoxlanılıb və təyinatı üzrə tədbirlər həyata keçirilib.

Süni mayalanma sahəsində yeni nailiyyətlər əldə olunur

Baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsi süni mayalanma sahəsində də yeni nailiyyətlərin əldə olunmasına imkan yaradır. Həyata keçirilən süni mayalanma tədbirlərinin əhəmiyyəti heyvanların cins tərkibinin kütləvi surətdə yaxşılaşmasına təkan verməsindədir. Mal-qaranın baş sayının çoxalması isə ət və süd məhsulları istehsalının intensiv xarakter almasına yol açır ki, bu da əhalinin ərzaq məhsulları ilə təmin olunması sahəsində fəaliyyət imkanlarını artırır. Dövlət Proqramının icrası məqsədilə 2020-ci ildə süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində olub. Ali Məclisin Sədri mayın 12-də Süni Mayalanma Mərkəzində görülən işlərlə maraqlanıb, yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunacağına və mərkəzin inkişafının təmin ediləcəyinə əminliyini bildirib. Yeni yaradılan mərkəz muxtar respublikada süni mayalanma işinin genişlənməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və heyvandarlığın inkişafına təkan verəcəkdir.

Ümumilikdə, muxtar respublikada 2020-ci ildə 11 min 841 baş camış, inək və düyədə süni mayalanma aparılıb, 8 min 217 baş buzov və balaq doğulub. Doğulan buzov və balaqlar qeydiyyata alınıb.

Xatırladaq ki, ötən il iyunun 30-da Dövlət Baytarlıq Xidmətində Ali Məclis Sədrinin iştirakı ilə baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilib. Müşavirədə xidmətə 1 “Fiat” markalı avtomobil, 5 yedəkli motosiklet və 5 dəst süni mayalanma ləvazimatı təqdim olunub, öz fəaliyyəti ilə fərqlənən bir qrup əməkdaşa hədiyyələr verilib.

Ötən il heyvandarlıqla məşğul olan sahibkarlara
1 milyon 800 min manatdan çox subsidiya verilib

Baytarlıq xidməti üzrə inkişafı təmin edən faktorlar içərisində maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi də xüsusi yer tutur. Stimullaşdırıcı xarakter daşıyan bu tədbirlər sahibkarların sayının artması ilə yanaşı, mövcud sahibkarların fəaliyyət istiqamətlərinin şaxələndirilməsinə də imkan verir. 2020-ci ildə süni mayalanma nəticəsində doğulan buzov və balaqlara görə sahibkarlara 821 min 700 manat həcmində subsidiya ödənilib. Eyni zamanda Dövlət Proqramının icrası məqsədilə 3 min 943 sahibkara məxsus arı ailələri qeydiyyata alınaraq 984 min manat həcmində subsidiyanın ödənilməsi təmin olunub. Bütün bunlar heyvandarlıq-arıçılıq sahəsi üzrə iqtisadi fəallığın artırılmasına şərait yaradıb.

İnsan sağlamlığının qorunması və ekoloji təmizliyin təmin olunması üçün tələf olmuş heyvan cəsədlərinin vaxtında basdırılması xüsusi əhəmiyyət kəsb edir. Proqramda bu istiqamətdə nəzərdə tutulan tapşırığın icrası məqsədilə 2020-ci ildə Naxçıvan şəhərində 1, Babək rayonunda 4, Kəngərli rayonunda 3, Culfa rayonunda 8, Ordubad rayonunda 6, Şahbuz rayonunda 10, Sədərək rayonunda 1 kənddə quyular qazılıb. Ölmüş heyvanların cəsədləri baytar həkimlərin nəzarəti altında təlimata uyğun qaydada dərmanlanaraq zərərsizləşdirilib və basdırılıb. Bu tədbirlərin həyata keçirilməsində məqsəd tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısını almaq olub.

Təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

Muxtar respublikada epizootik vəziyyətin sabit olmasında heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtında və düzgün şəkildə aparılmasının müstəsna əhəmiyyəti vardır. Aparılan peyvəndləmə işləri yarana biləcək müxtəlif xəstəliklərin qarşısının qabaqcadan alınmasını təmin edir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi epizootik tədbirlər planına uyğun olaraq 2020-ci ildə qarayara xəstəliyinə qarşı 146 min 677 iribuynuzlu, 729 min 664 xırdabuynuzlu, 5 min 163 təkdırnaqlı, dabaq xəstəliyinə qarşı 235 min 709 iribuynuzlu, 596 min 794 xırdabuynuzlu, pasterelyoz xəstəliyinə qarşı 149 min 62 iribuynuzlu, 192 min 257 quş, nyukasl xəstəliyinə qarşı “H” ştampı ilə 598 min 249 quş, la-sota ştampı ilə 199 min 409 cücədə, quduzluq xəstəliyinə qarşı 3 min 253 itdə peyvəndləmə tədbirləri həyata keçirilib.

Həmçinin emkar xəstəliyinə qarşı 152 min 105, nodulyar dermatitə qarşı 82 min 504, dermatofitoz xəstəliyinə qarşı 9 min 899, aueski xəstəliyinə qarşı 48 min 286, leptospiroza qarşı 19 min 835 iribuynuzlu, bradzota qarşı 181 min 558, çiçəyə qarşı 270 min 382, bruselyoza qarşı Rev-1 vaksini ilə 216 min 135 xırdabuynuzlu heyvanda peyvəndləmə aparılıb. Bütün bunlarla yanaşı, profilaktik məqsədlə 7 min 251 obyekt üzrə 1 milyon 742 min 29 kvadratmetr sahədə dezinfeksiya tədbirlərinin aparılması təmin olunub. Həyata keçirilən peyvəndləmə işlərini yerində yoxlamaq məqsədilə 27 reyd keçirilib.

Keyfiyyətə nəzarət daha da artırılıb

Heyvanların bol və keyfiyyətli qida maddələri ilə zəngin yemlərlə yemləndirilməsi heyvandarlığın məhsuldar genetik potensial inkişafını təmin etmiş olur. Yemlərin və yem əlavələrinin təhlükəsiz və keyfiyyətli olması isə heyvan xəstəliklərinin qarşısının alınmasında xüsusi önəm kəsb edir. Dövlət Proqramında müəyyən edilən tapşırığın icrası məqsədilə 2020-ci ildə baytarlıq preparatlarının, yemlərin və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət daha da artırılıb. Qeyd olunan malların idxalı zamanı xarici baytarlıq sertifikatları tələb olunub. Həmçinin muxtar respublikada fəaliyyət göstərən baytarlıq əczaxanalarında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən 11, Naxçıvan Şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 10, Şərur Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 12, Ordubad Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 8, Babək Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 4, Culfa Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 2 olmaqla, ümumilikdə, 47 reyd keçirilib.

Mövcud baytarlıq əczaxanalarının fəaliyyətini davam etdirməsi ilə yanaşı, Dövlət Proqramının icrası məqsədilə yeni əczaxanaların yaradılması da diqqətdə saxlanılıb. 2020-ci ildə Babək şəhəri, Nehrəm qəsəbəsi və Culfa şəhərində heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanalar fəaliyyətə başlayıb. Görülən işlər baytarlıq xidmətinin səmərəliliyinin artırılmasına xidmət edib.

Epizootik durum nəzarətdə saxlanılır

Heyvanların yaylaq şəraitində epizootik durumunun araşdırılması, profilaktik peyvəndlənməsi, müşahidə olunan xəstəliklərə qarşı tədbirlərin, oba və yataq yerlərində, sərhəd-yaşayış məntəqələrində dezinfeksiya, dezinseksiya və dezakarizasiya işlərinin həyata keçirilməsi məqsədilə “səyyar baytarlıq xidməti” təşkil olunub. Bu dövrdə Şərur rayonunun Günnüt, Ordubad rayonunun Saqqarsu, Xələcli, Göygöl, Culfa rayonunun Dəmirli, Gədik, Xəzinədərə, Şahbuz rayonunun Gömür dağı, Kükü dağı, Batabat, Qanlıgöl, Keçəldağ yaylaqlarında sahibkarlarla görüşlər keçirilib. Dövlət Proqramının icrasına uyğun olaraq 2020-ci ildə aparılan dezinfeksiya işləri adıçəkilən yaylaqları da əhatə edib.

Təbii fəlakətlərdən sığortalanma və risksiz istehsalın təmin edilməsi kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdir. Aqrar sahədə istehsalın davamlılığını təmin etməyin ən önəmli ünsürlərindən biri sığorta hesab olunur. Dövlət Proqramında da heyvandarlıqda sığorta işinin təşkili ilə bağlı tapşırıq nəzərdə tutulub. Bu istiqamətdə 2020-ci ildə 2 min 426 sığorta müqaviləsi bağlanıb.

Peşəkar kadr potensialı formalaşdırılır

İstənilən sosial-iqtisadi sahədə inkişafı təmin etməyin başlıca yollarından biri də ixtisaslı kadr hazırlığının təşkil olunmasıdır. Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin praktik vərdişlərinin artırılması bu sahədə peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir. Proqramın icrasına uyğun olaraq 2020-ci ildə Dövlət Baytarlıq Xidməti tərəfindən müvafiq ixtisas üzrə Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrlə 8, Naxçıvan Dövlət Texniki Kollecində təhsil alan tələbələrlə 14 görüş keçirilib. Bütün bunlarla yanaşı, tələbələrin Süni Mayalanma Mərkəzində 2 dəfə təcrübə keçmələri təmin olunub.

Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası qarşıdakı illərdə də əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması sahəsində yeni uğurların qazanılmasına şərait yaradacaqdır.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır