Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNUN SƏDRİ SƏLİM MÜSLÜMOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Ölkə iqtisadiyyatının davamlı sürətli inkişafı cəmiyyətin başlıca sosial problemlərinin, o cümlədən yoxsulluğun azaldılması probleminin qısa müddətdə həlli üçün geniş imkanlar açmışdır. Buna əsaslanaraq həyata keçirilən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda təmin edilməsi siyasəti artıq öz bəhrələrini verməkdədir. Möhtərəm Prezidentimizin 2007-ci ildə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, sosial sığorta sistemində fərdi uçotun əhatə dairəsinin genişləndirilməsi və əhalinin pensiya təminatında vahid sistemin yaradılması sahəsində müəyyənləşdirdiyi tapşırıqların icrası uğurla təmin edilmişdir.

Operativ məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsinin gəlirləri 967 milyon manat olmuşdur. Gəlir proqnozu qeyri-büdcə təşkilatlarının sosial sığorta haqları üzrə 104 faiz, büdcə təşkilatları üzrə isə 89 faiz icra olunmuşdur.

Sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 62 faiz artaraq 687 milyon manat təşkil etmişdir ki, bunun da 407 milyon manatı və ya 59 faizi qeyri-büdcə sferasının payına düşür. Həmin sferadan daxilolmalar 2006-cı ilə nisbətən 46 faiz artmışdır. Bu artım ölkə üzrə əmək haqlarının artımından 4,5 bənd yuxarı olmaqla fərdi uçotun tətbiqi dairəsinin genişləndirilməsi, uçotdan yayındırılan işçilərin və əmək haqlarının leqallaşdırılması hesabına təmin olunmuşdur.

Hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmiş, daxilolmalar fiziki şəxslər üzrə 90 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 85 faiz artmışdır. Bu dövrdə qeydə alınan sığortaolunanların sayı 100 min nəfər çoxalmışdır. Xüsusilə ilin son aylarında tikinti sferasında Fövqəladə Hallar və Vergilər nazirlikləri, Dövlət Əmək Müfəttişliyi ilə əlaqəli fəaliyyəti nəticəsində qeydiyyata alınanların sayı çox yüksək olmuşdur.

2007-ci ildə fondun xərcləri 1 milyard manat təşkil etmişdir ki, bunun da 95 faizi əhaliyə ödənişlərə yönəldilmişdir. Bu məbləğ əvvəlki ilə nisbətən 80 faiz və ya 422 milyon manat çoxdur.

Ölkə üzrə əmək pensiyaçılarının sayı 2007-ci ilin sonuna 1 milyon 247 min nəfər olmuşdur. Bu, ilin əvvəli ilə müqayisədə 22 min nəfər və ya 1,8 faiz çoxdur və artımın əsas hissəsi yaşa görə pensiyaya çıxanların payına düşür. Əmək pensiyalarının orta aylıq məbləği 2007-ci ilin əvvəlinə nisbətən 21,5 manat və ya 42,3 faiz artaraq 2008-ci ilin əvvəlinə 72,3 manata çatmışdır.

Əmək pensiyasının baza hissəsi, cənab Prezident, Sizin sərəncamlarınızla il ərzində 20 manat artırılaraq 60 manata çatdırılmışdır. Beləliklə, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyətə başladığı 2006-cı il yanvarın 1-dən etibarən əmək pensiyalarının baza, yəni minimum səviyyəsi davamlı olaraq artırılaraq 25 manatdan 60 manata qaldırılmışdır ki, bu da MDB məkanında yüksək göstəricilərdən biridir.

Əmək pensiyaçılarından 154 min nəfər güzəştli kateqoriyaya aiddir ki, həmin şəxslərin əmək pensiyalarının baza hissəsi daha çox artmışdır. Məsələn, 2007-ci ildə artım şəhid ailələrinin hər bir üzvü üçün 36,5 manat, Milli Qəhrəmanların ailə üzvü üçün 40 manat, I qrup gözdən əlillər və yaşa görə pensiya alan I qrup müharibə əlilləri üçün isə 42 manat olmuşdur. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində 530 min nəfərin pensiyasına artım tətbiq olunmuş və bu xərclərə 9 milyon manata yaxın vəsait yönəldilmişdir.

2006-cı il yanvarın 1-dən sonra pensiyaya çıxan 125 min nəfərə pensiyalar əmək haqqının tam məbləğindən təyin olunmuşdur ki, bunlardan da 13 min 400 nəfərin pensiyasının sığorta hissəsi orta hesabla 110 manatdır.

İşləyən pensiyaçılara yaşa görə əmək pensiyasının tam məbləğdə ödənilməsi nəticəsində 114 min nəfər işləyən pensiyaçının əmək pensiyası orta hesabla 16,5 manat artmışdır. 17 min 430 nəfər şəhid ailəsi üzvünün əmək pensiyasına əlavənin aylıq məbləği 2007-ci il yanvarın 1-dəki 12 manatdan 2008-ci il yanvarın 1-nə 51 manata qaldırılmışdır. Beləliklə, bu gün şəhid ailəsinin hər bir üzvünə ödənilən aylıq pensiyanın minimum məbləği hazırda 111 manata çatmışdır. Bütün bunların nəticəsində, eləcə də yeni sistemdə pensiyalar illik inflyasiya göstəricisindən az olmamaqla mütəmadi surətdə artırıldığından orta aylıq pensiya məbləğinin artımı inflyasiya göstəricisini dəfələrlə üstələmiş, əmək haqqının artımından isə 0,6 bənd yuxarı olmuşdur.

2007-ci ildə fondun digər tədbirlər üzrə xərcləri 50,5 faiz artmışdır. Sığorta olunanların sanatoriya-kurort müalicəsi tədbirlərinə 7,9 milyon manat, məşğulluq tədbirlərinə 5 milyon manat, əlillərin sosial müdafiəsi xərclərinə 11 milyon manat yönəldilmişdir.

Möhtərəm cənab Prezident!

2007-ci il yanvarın 1-dən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və həmin şəxslərin, eləcə də dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilməsi nəticəsində ölkədə vahid sığorta-pensiya sisteminin qurulması başa çatdırılmış və həmin sisteminin üstünlüklərindən hər kəsin istifadə etməsinə imkan yaradılmışdır. Hazırda sığorta-pensiya sistemində islahatlar 2 əsas istiqamətdə davam etdirilir. Bunun birincisi - pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və yüksək pensiya təminatına nail olunması, ikincisi isə - sığorta olunanlara və pensiyaçılara xidmətin avtomatlaşdırılmasıdır. Birinci istiqamət üzrə davamlı inkişafa nail olunduğu çıxışımın əvvəlində sadaladığım rəqəmlərdən aydın görünür.

Ümumiyyətlə, yeni sığorta-pensiya sistemi ilə hazırda pensiyaya çıxan şəxslərə pensiyalar real tələbata uyğun normal məbləğlərlə təyin edilir. Başqa sözlə, bütün pensiyaçıları 2 kateqoriyaya, yəni islahatdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərə ayırmaq olar ki, bu kateqoriyalar arasındakı fərqin tədricən aradan qaldırılması da əsas diqqət mərkəzindədir. Belə ki, hazırda əvvəllər əmək haqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış pensiyaların bu məhdudiyyət götürülməklə yenidən hesablanması həyata keçirilir və bu tədbir təqribən 100 minə yaxın pensiyaçını əhatə edəcəkdir. Əvvəlki pensiya sisteminin yaratmış olduğu bu tipli problemlərin yeni sistemin maliyyə yükünü birdəfəlik artırmaqla qısa vaxtda həlli çətin olsa da, cənab Prezident, pensiyaçıların ayrı-ayrı qrupları arasındakı sosial ədalətsizliyin aradan qaldırılması barədə Sizin tapşırıqlarınızın icrası üçün zəruri tədbirlər görülməkdədir. Bunun üçün maliyyə mənbələrinin formalaşdırılması və optimal mexanizmlərin müəyyənləşdirilməsi prosesi müvafiq orqanlarla birgə işlənib hazırlanır.

İslahatların ikinci qolu olan sığorta pensiya sisteminin avtomatlaşdırılması tədbirləri 3 istiqamətdə aparılmaqdadır. Bunlardan birincisi - sosial sığorta haqlarının toplanmasının yeni əsaslarla qurulması, ikincisi - pensiya təyinatının avtomatlaşdırılması, üçüncüsü- pensiya ödənişinin avtomatlaşdırılmasıdır.

Sosial sığorta haqlarının fərdi uçota əsaslanan avtomatlaşdırılmış sisteminin qurulması islahatın əsas elementidir. Sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi ilə qeydiyyatı bu işə böyük təkan vermişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyində mərkəzləşmiş məlumat bazasının qurulması və onun fondun avtomatlaşdırılmış sistemi ilə əlaqələndirilməsi sığortaedənlər barədə məlumatların eyniləşdirilməsini birdəfəlik təmin edəcəkdir.

Digər tərəfdən, ödənilən sosial sığorta haqlarının fərdi uçotunun qurulması və sosial ödənişlərin bu məlumatlar əsasında müəyyənləşdirilməsi sosial sığorta haqları üzərində həyata keçirilən inzibati nəzarəti tədricən ictimai nəzarətlə əvəzləyəcəkdir. Fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən təqribən 211 min nəfər artaraq 1 milyon 305 min nəfərə çatmışdır.

Əmək pensiyalarının təyinatının avtomatlaşdırılması nisbətən mürəkkəb məsələlərdəndir və bunun həlli üçün hazırda beynəlxalq və yerli ekspertlər proqram təminatının işlənilməsini sürətlə davam etdirirlər. Bu sahədəki tədbirlər, eləcə də fondun regional mərkəzlərinin qurulması və ölkə üzrə “on-line” rejimində işləyən vahid informasiya-məlumat bazasının yaradılması pensiya təyinatını yaxın perspektivdə və MDB dövlətləri içərisində ilk olaraq avtomatlaşdırmağa imkan verəcəkdir.

Hesabat dövründə pensiyaların bankomatlarla ödənişi sferası genişləndirilmişdir. Belə ki, il ərzində 42 min nəfər şəhər, 228 min nəfər isə kənd yerlərində yaşayan pensiyaçı plastik ödəniş kartı ilə təmin edilmişdir. İl ərzində kənddə yaşayan və plastik kartlarla pensiya alanların sayı 6 dəfəyədək artmışdır və hazırda bu pensiyaçıların 53 faizi, şəhərlərdə isə 100 faizi, ümumilikdə ödənişdə olan pensiyaçıların 80 faizə yaxını, yəni 830 min nəfər pensiyalarını plastik kartlarla alırlar. Bu məqsədlə il ərzində kənd və qəsəbələrdə əlavə 37 bankomat qurularaq istifadəyə verilmişdir.

Möhtərəm cənab Prezident!

Azərbaycanda həyata keçirilən sığorta-pensiya islahatları nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Məhz buna görədir ki, 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Avropa şəbəkəsi”nin rəhbəredici komitəsinin üzvü seçilmişdir. Azərbaycana, onun xaricdə təmsil olunan nümayəndə heyətlərinə göstərilən diqqət Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin bilavasitə təsdiqidir.

Eyni zamanda, Dünya Bankı ötən ilin iyun ayında özünün mərkəzi ofisində MDB ölkələrindən ilk dəfə Azərbaycanda qurulan sığorta-pensiya sisteminin geniş təqdimatını keçirmişdir. Həmin tədbirdə Dünya Bankı tərəfindən Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan model keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunmuşdur. Bu sahə üzrə dünya təcrübəsini öyrənən ekspertlərin həmin tədbirdəki vacib bir fikrini, icazənizlə cənab Prezident, diqqətinizə təqdim etmək istərdim. Onlar qeyd etdilər ki, keçid dövrünü yaşayan bir ölkədə yeni sığorta-pensiya sisteminin belə qısa müddətdə qurulması yalnız siyasi sabitlik və ölkə rəhbərinin bilavasitə xüsusi dəstəyi nəticəsində mümkündür.

Möhtərəm cənab Prezident!

Ötən 4 ildə Sizin tərəfinizdən sığorta-pensiya sisteminin inkişafını və pensiyaçıların sosial müdafiəsini şərtləndirən 56 Fərman və Sərəncam verilmişdir ki, bu diqqətiniz bütün uğurların təminatı olmuşdur.

Azərbaycanda əhalinin sosial müdafiəsinin Heydər Əliyev prinsiplərinə uyğun qurulmaqla daha da gücləndirilməsi sahəsindəki tapşırıqlarınızın vaxtında yerinə yetirilməsi və pensiyaların məbləğinin layiqli həyat səviyyəsinə çatdırılması ilə bağlı 2008-ci ildə həlledici addımların atılması üçün maliyyə mənbələrinin yaradılmasında Dövlət Sosial Müdafiə Fondu səyini daim artıracaqdır. Sizin Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikinizdə də qeyd etdiyiniz kimi, “Biz buna gedirik və o gün uzaqda deyil”.

Diqqətinizə görə təşəkkür edirəm!

X X X

Azərbaycan Prezidenti İlham Əliyev iclasda yekun nitqi söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb