DÖVLƏT TOXUMÇULUQ MÜƏSSİSƏSİNDƏ ƏKİN UĞURLA BAŞA ÇATDIRILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qobustan rayonundakı M.Hüseynzadə adına dövlət toxumçuluq kənd təsərrüfatı istehsalı müəssisəsində gələn ilin məhsulu üçün payızlıq dənli bitkilər əkini uğurla başa çatdırılmışdır. Kollektiv 300 hektarda səpin aparmışdır. Sahələrdə yerli şərait üçün daha əlverişli buğda və arpa sortları əkilmişdir. Əsasən akademik Cəlal Əliyevin “Əzəmətli”, “Qiymətli”, habelə “Qobustan” və “Qılçıqsız-1” sortlarına üstünlük verilmişdir. Daha erkən səpin aparılan sahələrdə normal çıxış alınmışdır.
Hər il yüz tonlarla toxumluq taxıl tədarük edən müəssisənin kollektivi hazırda sahələrə yüksək aqrotexniki qaydada qulluq etmək, zərərvericilərə qarşı səmərəli mübarizə tədbirləri aparmaq üçün lazımi hazırlıq işləri görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]