Dövriyyədə olan ödəniş kartlarının sayı artıb
Bakı, 25 iyul, AZƏRTAC
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 299 min ədəd artaraq 15 milyon 40 min ədəd təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 17.7 faiz, kredit kartları üzrə 26.3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 421 min, digər kartlar isə 1.7 milyon ədəd artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [16:55]