DÜNYA AZƏRBAYCANLI ALİMLƏRİNİN BİRİNCİ FORUMU TÜRKİYƏDƏ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Dünya azərbaycanlı alimlərinin birinci Forumu iyunun 4-dən 10-dək Türkiyədə keçiriləcəkdir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov demişdir ki, Türkiyənin Antalya şəhərində keçiriləcək Foruma dünyanın 40 ölkəsindən 300-dən artıq azərbaycanlı elm adamı dəvət olunmuşdur. Yaxın günlərdə dəvətnamələr iştirakçılara göndəriləcəkdir.
Dövlət Komitəsinin sədri onu da bildirmişdir ki, dünya azərbaycanlı jurnalistlərin ilk Forumunun isə sentyabrda Bakıda keçirilməsi planlaşdırılmışdır. N.İbrahimovun dediyinə görə, dünyanın müxtəlif ölkələrində yaşayan jurnalistlərin məhz Azərbaycana gəlməsi daha məqsədəuyğundur. Yaxın vaxtlarda forumun dəqiq günü müəyyən ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]