DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ MİNİ-FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, T.İsmayılov adına Olimpiya Təlim İdman Kompleksində neft və qaz sənayesi müəssisələrində çalışan işçilər arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş mini-futbol turnirinə yekun vurulmuşdur.
“ Neftçi” İdman Sağlamlıq Mərkəzi tərəfindən təşkil olunmuş tədbirin məqsədi neftçilərin sağlamlığının qorunması, onların asudə vaxtlarının səmərəli təşkili və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün qeyd olunması idi. Yarışlar ilk mərhələdə dairəvi, final mərhələsində isə olimpiya sistemi üzrə keçirilmişdir.
On doqquz komandanın iştirak etdiyi turnirdə “EKOL” klubu 1-ci yerə çıxmışdır. “Geofizika” 2-ci, “Azərneftyağ” isə 3-cü yeri tutmuşlar.
Yarışın qaliblərinə “Neftçi” İSM-in qiymətli xatirə hədiyyələri, kubok və diplomlar verilmişdir. Bundan başqa, “Neftçi” ənənəsinə sadiq qalaraq, “Ən yaxşı qapıçı”, “Ən yaxşı oyunçu” və “Ən məhsuldar oyunçu” nominasiyaları üzrə də xüsusi mükafatlar təsis etmişdi. Bu mükafatlar da sahiblərinə təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]