Dünya Bankı Kiyevə 1,5 milyard dollar yardım edib
Bakı, 30 mart, AZƏRTAC
Ukrayna hökuməti Dünya Bankından 1,5 milyard dollarlıq maliyyə dəstəyi alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib. Onun sözlərinə görə, həmin vəsait əsasən sosial xərcləri ödəmək üçün nəzərdə tutulub. Dünya Bankının transferinin üçdə ikisini Yaponiya, üçdəbirini isə Böyük Britaniya maliyyələşdirəcək.
Bu arada Rusiya silahlı qüvvələri Odessa şəhərinə yenidən raket zərbələri endirib. Raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulsa da, qırıntılar şəhər ərazisinə düşüb. Hakimiyyət orqanları hücum zamanı beş nəfərin yaralandığını bildirib.
Rusiya mənbələrinin məlumatına görə, Ukrayna tərəfinin Belqorod vilayətinə PUA hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]