Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi təsəlliverici görüşə çıxacaq
Bakı, 31 iyul, AZƏRTAC
Bakıda 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 5-ci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kiloqramda mübarizəyə start verilib.
Hüseyn Rzazadə (48 kiloqram) 1/8 finalda hindistanlı Aaryan Aaryana minimal fərqlə məğlub olub – 5:6. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.
Təsnifat mərhələsində Abbas Şəfiyev (55 kiloqram) qazaxıstanlı Temirlan Murata (1:9), Rəşid Nəzərov (65 kiloqram) ermənistanlı Erik Papikyana (1:9), Hakim Tağıyev (110 kiloqram) isə özbəkistanlı Bəhruz Aşırova (2:3) uduzub.
Nihad Süleymanlı (80 kq) 1/8 finalda qırğızıstanlı Əli Bəkzodoviç Zakircanova tam üstünlüklə (10:0) qalib gəlsə də, növbəti görüşdə türkiyəli Volkan Bilginə 6:10 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]