DÜNYA İNFORMASİYA AGENTLİKLƏRİ FORUMU YARADILMASI TƏKLİFİ BƏYƏNİLİR
Sənəddə deyilir ki, Dünya Forumu “informasiya agentliklərinin fəaliyyəti üçün mühüm sahələrdə onların ümumi mənafelərini qorumalıdır”. İnformasiya agentlikləri bu birlikdə öz iştirak dərəcəsini müstəqil surətdə müəyyənləşdirəcəklər.
Nəzərdə tutulduğuna görə, Dünya Forumu İTAR-TASS agentliyinin 100 illiyi münasibətilə şənliklər çərçivəsində cari ilin sentyabrında Moskvada yaradılacaqdır. O, iki-üç ildə bir dəfə yığışacaq daimi fəaliyyət göstərən orqan olacaqdır.
Baş assambleyada İTAR-TASS agentliyi OANA-nın prezidenti səlahiyyətini növbəti üç il müddətinə Malayziyanın BERNAMA informasiya agentliyinə vermişdir.
OANA-nın növbəti Baş assambleyası 2007-ci ildə Banqkokda keçiriləcəkdir.
Xatırladaq ki, hazırda OANA-ya 31 ölkənin 37 informasiya agentliyi daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]